Azərbaycan Moskvaya Qarabağ müharibəsinin komandolarını göndərdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parad keçiriləcək. Paradda Azərbaycan zabitləri də iştirak edəcək.
"Unikal" xəbər verir ki, hərbçilərimiz artıq Moskvaya gediblər və dünən Qırmızı Meydandakı Qələbə Paradının ilk məşqinə qatılıblar.
Mayın 9-da komando bölməsinin 80 azərbaycanlı hərbçisi Rusiyanın baş meydanında yürüş edəcək. Məlumata görə, bütün hərbi qulluqçular İkinci Qarabağ müharibəsinin iştirakçılarıdır və igidlik və şücaətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çoxsaylı orden və medallarla təltif olunublar.
Komandolarımız paradda öz hərbi geyimlərində olacaqlar.
Qeyd edək ki, Qələbə paradında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək.
Ümumilikdə, mayın 9-da 20 ölkənin lideri Moskvaya səfərlərini təsdiqləyiblər. Bunlar bütün MDB ölkələrinin liderləri, həmçinin Çin sədri Si Cinpin, Slovakiyanın baş naziri Robert Fitso, Braziliya prezidenti Luis de Silva, Serbiya prezidenti Aleksandr Vuçiç, Kuba prezidenti Migel Diaz-Kanel, Fələstin prezidenti Mahmud Abbas və başqalarıdır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















