Icma.az
close
up
RU
Azərbaycan müəllimi nə qədər maaş alır? Nazirlik AÇIQLADI

Azərbaycan müəllimi nə qədər maaş alır? Nazirlik AÇIQLADI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri orta məktəb müəllimlərinin maaşıdır. Mətbuatda və sosial şəbəkələrdə bəzi müəllimlər maaşlarının az olmasından şikayətlənir, digərləri maaşların normal olduğunu düşünür.

Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı qarşıdakı illərdə müəllimlərin sayının azalacağını, maaşlarının artacağını bildirib. "Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq... Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.

Modern.az hazırda Azərbaycanda orta məktəb müəllimlərinin sayı və maaşını öyrənmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 134 396 nəfər olub. 

Maaş məsələsinə gəlincə, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış digər heyət üzrə  isə 980 manat təşkil edir.  Bildirilib ki, müəllimlərin aylıq vəzifə maaşı tədris etdikləri dərs saatından birbaşa asılıdır.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 64901 nəfər sertifikatlaşdırma prosesinə cəlb edilib. Proses çərçivəsində 55510 müəllimin maaşına əlavələr edilib. 

İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri sertifikasiyaya cəlb olunub.

İbtidai sinif müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 748 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1167 manat, qənaətbəxş nəticə göstərənlər 880 manat olub. 

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 841 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1355 manat, qənaətbəxş nəticə göstərənlər 1071 manat olub. 

Riyaziyyat müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 1016 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1407 manat, qənaətbəxş nəticə göstərənlər 1142 manat olub. 

Xarici dil müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 888 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1342 manat, qənaətbəxş nəticə göstərənlər 1016 manat olub. 

Qeyd edək ki, sözügedən rəqəmlər vergilər daxil olmaqla hesablanan məbləğdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:839
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri