Icma.az
close
up
RU
Azərbaycan müəllimlərinin Çin səfəri uğurla başa çatdı FOTO

Azərbaycan müəllimlərinin Çin səfəri uğurla başa çatdı FOTO

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


TurkEdu Azərbaycan tərəfindən təşkil olunan beynəlxalq təcrübə və inkişaf proqramı çərçivəsində Azərbaycan təhsil işçilərindən ibarət 40 nəfərlik müəllim heyəti 5 gün müddətində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə rəsmi səfər edib.

Bakupost.az xəbər verir ki, səfərin əsas məqsədi Azərbaycan müəllimlərinin qlobal təhsil təcrübələrini öyrənməsi, beynəlxalq əməkdaşlığı genişləndirməsi və müasir pedaqoji yanaşmalarla tanış olması olub. Proqram çərçivəsində müəllimlər Çinin nüfuzlu University of International Business and Economics (UIBE) ali təhsil müəssisəsində intensiv təlim proqramında iştirak ediblər.

Təlimlərdə təhsildə innovasiyalar, rəqəmsal bacarıqlar, idarəetmə strategiyaları, müasir iqtisadiyyatın tədrisi və qlobal təhsil trendləri üzrə mühazirələr təqdim olunub.

Azərbaycan müəllimləri, həmçinin, Çin təhsil modeli, məktəb idarəçiliyi, müəllim hazırlığı və sinifdaxili metodikaların tətbiqi ilə bağlı yerli ekspertlərlə fikir mübadiləsi aparıblar. Bu təcrübə gələcəkdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün mühüm platforma formalaşdırır.

Proqram çərçivəsində heyət Pekin şəhərinin tarixi və müasir mədəniyyətini əks etdirən bir sıra məkanlara səfər edib. Müəllimlər Böyük Çin Səddi, İmperator Sarayı (Forbidden City), Tiananmen Meydanı, Summer Palace kimi dünya irsinə daxil olan məkanlarda olub, Çin mədəniyyəti və tarixini yaxından tanıyıblar.

Səfər iştirakçılarının sözlərinə görə, bu proqram həm professional inkişaf, həm də beynəlxalq təcrübə baxımından olduqca əhəmiyyətli olub. Təlimlər, nəzəri biliklərlə yanaşı, praktiki metodların tətbiqinə geniş imkan verib və müəllimlərin gələcək fəaliyyətində yeni yanaşmaların formalaşmasına şərait yaradıb.

TurkEdu Azərbaycan beynəlxalq təcrübə mübadiləsi və müəllimlərin peşəkar inkişafına yönəlmiş bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib. Bu səfər, eyni zamanda, Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyası və qlobal trendlərə uyğunlaşması istiqamətində əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Dekabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri