Azərbaycan musiqisinə 950 nəfərlə qiymət verilirsə, bu, biabırçılıqdır
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Tarixin bir günü" verilişində qonaq olub.
Axşam.az xəbər verir k, musiqiçi proqramda televiziya reytinqləri haqda sərt çıxış edib:
"Onsuz da mən deməklə düzələn deyil, çağırmaq istədiyiniz müğənniləri verilişə dəvət edəcəksiniz. Mən sizi də anlayıram. Gündəlik verilişləri doldurmaq çox çətindir. Bu yaxınlarda belə qərara gəldim ki, artıq heç bir tənqidi çıxışlar etməyəcəyəm və heç kəs haqda danışmayacağam.
Deyirlər ki, xalqın gözü tərəzidir. Əgər bu tərəzini siz reytinqlə ölçürsünüzsə, bu başqa məsələ. Bu, tərəzi deyil. Siz reytinqi 950 nəfərin evindəki cihazla ölçürsünüzsə, onların hamısı musiqidən bixəbərdirlər. Ölkədə 950 nəfərlə Azərbaycan musiqisinə qiymət verilirsə, bu, biabırçılıqdır. Lap 1000 və ya 5000 nəfər olsun. Onlar bizə qulaq asmırlar, musiqidən xəbərsiz insanlardırlar".
Baxış sayı:102
Bu xəbər 11 Fevral 2025 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















