Icma.az
close
up
RU
Azərbaycan müstəqilliyini qoruyub inkişaf etdirir POLİTOLOQ DANIŞDI

Azərbaycan müstəqilliyini qoruyub inkişaf etdirir POLİTOLOQ DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 34 ili tamam olur. Bu il biz artıq beşinci ildir ki, bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir: "Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması və diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əhəmiyyətli rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına dərin təsir göstərmişdir.

1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Dövlət müstəqilliyinin bərpası ilə bağlı 1991-ci il oktyabrın 8-də başlayan Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında müzakirələr bir neçə gün davam etmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də tarixi sənəd – “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmişdir. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası tanımış, daha sonra 11 dekabrda Rumıniya, 13 dekabrda Pakistan, 23 dekabrda İsveçrə tanımışdır. Ardınca İran, ABŞ, 1992-ci ilin aprelində isə Rusiya və digər dövlətlər tərəfindən tanınmışdır. 1992-ci il martın 2-də Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul olunmuşdur.

Heç şübhəsiz ki, dövlət müstəqilliyinin bərpası təkcə yaranmış tarixi şəraitin nəticəsi deyil, həm də Azərbaycan xalqının azadlıq arzusu və müstəqillik uğrunda mübarizəsinin bəhrəsi olmuşdur. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi vəziyyət dövründə, xalqımızın ciddi sınaqlardan keçdiyi bir zamanda əldə edilmişdir. 70 il ərzində Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın bu birlikdən ayrılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi.

Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş vüsət almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz şəxslərin səhv siyasəti və daxildəki siyasi qarşıdurmalar müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratmışdı.

Bu təhlükələrin qarşısını almaq üçün təcrübəli və qətiyyətli bir dövlət xadiminə ehtiyac var idi. Məhz bu dövrdə, ölkə üçün ən ağır zamanda Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dəvət olundu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu. Qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi, ölkədə siyasi sabitlik təmin olundu. Ardınca iqtisadi islahatlara start verildi, sərbəst ticarət prinsipləri tətbiq olundu, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi.

Dünyanın nüfuzlu şirkətləri, xüsusən də böyük neft şirkətləri Azərbaycan iqtisadiyyatına cəlb olundu. Bu isə ölkəmizin dayanıqlı inkişafının əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu bəyan etdi.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, demokratik hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi, hüququn aliliyi və demokratiya prinsiplərinin inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirir. Məhz bu siyasətin nəticəsində Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.

Azərbaycan xalqı müstəqilliyini əldə etmək üçün böyük itkilər vermiş, torpaqlarımızın müdafiəsi və ölkəmizin suverenliyi uğrunda igid oğul və qızlarımız qəhrəmancasına döyüşərək həyatlarını qurban vermişlər. Bu səbəbdən, müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər bir Azərbaycan vətəndaşının ən ali borcu və müqəddəs vəzifəsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri