Icma.az
close
up
RU
Azərbaycan NATO: Hərbi təhlükəsizlikdən strateji tərəfdaşlığa

Azərbaycan NATO: Hərbi təhlükəsizlikdən strateji tərəfdaşlığa

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun NATO Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının Qərargah rəisinin müavini Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüş bir daha göstərir ki, ölkəmizin müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq siyasəti ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir.

Bu cür yüksək səviyyəli görüşlər Azərbaycan–NATO tərəfdaşlığının real məzmununu, çoxtərəfli əməkdaşlığın dinamikasını və gələcək perspektivlərini göstərir. Müzakirələr zamanı NATO-ya üzv dövlətlərlə əlaqələrin daha səmərəli qurulması, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığının artırılması, regionda təhlükəsizlik mühitinin təkmilləşdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində olub.

Ümumən, Azərbaycanın NATO ilə əməkdaşlığının miqyasını əks etdirən statistik göstəricilər bu sahədə əldə olunan nəticələrin təsadüf olmadığını sübuta yetirir. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin 250-dən çox nümayəndəsi xaricdə keçirilən 146 beynəlxalq tədbirdə iştirak edib. Həmçinin, 395 hərbi qulluqçu “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ölkə daxilində təşkil olunan 33 tədbirdə yer alıb. Rəqəmlər göstərir ki, Azərbaycan ordusu həm beynəlxalq təcrübənin mənimsənilməsinə, həm də öz peşəkarlığının nümayişinə xüsusi önəm verir.

Azərbaycan–NATO əlaqələrinin əsas istiqamətlərindən biri də hərbi təhsilin modernləşdirilməsi, zabit və gizir heyətinin hazırlıq səviyyəsinin artırılmasıdır. Hərbi tədris müəssisələrində NATO standartlarına uyğun proqramların tətbiqi, ingilis dilinin təkmilləşdirilməsi, müasir e-learning platformalarının istifadəsi və xüsusilə əməliyyat planlaşdırma üzrə kurslar Azərbaycan Ordusunun bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına əsas yaradır. Bununla yanaşı, NATO təlimləri yalnız texniki və taktiki biliklərin artırılmasına deyil, həm də liderlik, qərarvermə, strateji idarəetmə kimi sahələrin inkişafına xidmət edir.

Qətiyyətlə deyə bilərik ki, 2025-ci ilin noyabr ayında NATO ilə akademik mübadilə proqramlarının genişləndirilməsi, tədris materiallarının yenilənməsi və hərbi akademiyalarda beynəlxalq standartlara uyğunlaşdırılmış təhsil modelinin qurulması ilə bağlı təşəbbüslər Azərbaycan Silahlı Qüvvələrinin hərbi elitasının hazırlanmasında yeni mərhələyə keçidi təmin edəcək. Bu proqramların tətbiqi ordunun strateji planlaşdırma, əməliyyat rəhbərliyi, logistika və analitik qiymətləndirmə kimi sahələrdə peşəkarlığını daha da artıracaq.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması dövlətin hərbi modernizasiya strategiyasının əsas hədəflərindən biridir. Bu istiqamətdə Türkiyə ilə aparılan birgə islahatlar xüsusi rol oynayır. Nəzərə alaq ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan modellər, NATO-nun illər ərzində formalaşdırdığı konsepsiyalar və əməliyyat standartları ilə harmoniyada həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu həm təşkilati, həm də əməliyyat baxımından yeni mərhələyə qədəm qoyub. İdarəetmə sistemlərinin yenilənməsi, komanda-nəzarət strukturlarının təkmilləşdirilməsi, müasir əməliyyat planlaşdırma metodologiyasının tətbiqi, eləcə də qoşunların qarşılıqlı əlaqə və koordinasiya imkanlarının genişləndirilməsi bu modernizasiyanın mühüm elementləridir.

Bundan əlavə, Azərbaycan uzun illərdir “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fəal iştirak edir və 2025-ci ilin dekabrında əlavə qüvvələrin NATO-nun “Əməliyyat İmkanları Konsepsiyası” (OCC) proqramına daxil edilməsi planlaşdırılır. Bu proqram çərçivəsində Azərbaycan bölmələri NATO ölkələri ilə birgə qiymətləndirilmə və hazırlıq proseslərində iştirak edir, döyüş hazırlığının səmərəliliyini və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır.

NATO ilə əməkdaşlığımız yalnız hərbi təlim və əməliyyatlarla məhdudlaşmır. Enerji təhlükəsizliyi, transregional nəqliyyat infrastrukturunun qorunması, Xəzər–Qara dəniz hövzəsində sabitliyin təminatı və kiber təhlükəsizlik kimi sahələr də tərəfdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan enerji layihələri – Bakı–Tbilisi–Ceyhan, TANAP, TAP kimi strateji boru kəmərləri vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu kontekstdə NATO ilə əməkdaşlıq enerji marşrutlarının təhlükəsizliyinin təminatına əlavə töhfə verir.

Azərbaycanın beynəlxalq missiyalarda iştirakı ölkənin sülhməramlı dövlət imicini möhkəmləndirib. Hərbçilərimiz uzun illər Əfqanıstanda NATO rəhbərliyində sülhməramlı əməliyyatlarda iştirak edərək, yüksək peşəkarlıq nümayiş etdiriblər. Bu fəaliyyət həm Ordumuzun beynəlxalq səhnədə etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub, həm də ölkəmizin qlobal təhlükəsizliyə töhfə verən aktor kimi mövqeyini gücləndirib.

Eyni zamanda, NATO ilə əməkdaşlıq regionda balanslı müdafiə strategiyasının formalaşdırılmasına imkan verir. Azərbaycan qonşu dövlətlərlə münasibətlərində qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır, lakin eyni zamanda öz təhlükəsizliyini təmin etmək üçün müasir hərbi gücün formalaşdırılmasını zəruri sayır. NATO ilə əməkdaşlıq Silahlı Qüvvələrimizə yeni əməliyyat konsepsiyalarını tətbiq etməyə, mobilliyi artırmağa, kəşfiyyat və müşahidə imkanlarını genişləndirməyə şərait yaradır. Bu isə regionda mümkün risk və təhdidlərə qarşı adekvat müdafiə mexanizmlərinin qurulmasına real köməkdir.

Beləliklə, Azərbaycan–NATO əməkdaşlığı çoxşaxəli və strateji xarakter daşıyır. Bu əməkdaşlıq ölkənin müdafiə potensialının artırılmasına, Silahlı Qüvvələrimizin peşəkarlığının yüksəldilməsinə, hərbi tədris və təlim sisteminin modernləşdirilməsinə, silahlanma və idarəetmə standartlarının beynəlxalq səviyyəyə çatdırılmasına mühüm töhfə verir. Eyni zamanda, Azərbaycan Ordusunun beynəlxalq əməliyyatlarda iştirakının genişləndirilməsi ölkənin qlobal təhlükəsizlik arxitekturasındakı rolunu daha da gücləndirir.

Sonda bir daha vurğulayaq ki, ümumən, NATO ilə əlaqələr Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün təhlükəsizlik, sabitlik və sülh baxımından əhəmiyyətli rol oynayır. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkənin strateji maraqlarını qorumağa xidmət edir və gələcək hərbi-siyasi inkişaf üçün geniş imkanlar yaradır.

Yeganə HACIYEVA,
Mətbuat Şurası İH-in üzvü, politoloq

Azərbaycan–NATO münasibətləri qarşılıqlı fayda əsasında qurulmuş, siyasi balansı qoruyan və regionun təhlükəsizlik arxitekturasına əhəmiyyətli töhfə verən strateji tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq həm Cənubi Qafqazın stabil inkişafına, həm də Avropa üçün enerji və təhlükəsizlik təminatına mühüm təsir göstərir.

Azərbaycan və Şimali Atlantika Alyansı arasındakı münasibətlər uzun illərdir ki, regionda təhlükəsizlik və sabitliyin qorunmasına yönəlmiş praqmatik əməkdaşlıq nümunəsi kimi diqqət çəkir. NATO üzvü olmamasına baxmayaraq, Azərbaycan Alyansla müxtəlif formatlarda geniş tərəfdaşlıq edir və bu, həm Cənubi Qafqaz, həm də Avropa üçün əhəmiyyətlidir.

Azərbaycan–NATO əməkdaşlığının təməlində “Sülh Naminə Tərəfdaşlıq” proqramı dayanır. Bu proqram çərçivəsində Azərbaycan beynəlxalq və regional hərbi təlimlərdə iştirak edir, ordu standartlarının NATO tələblərinə uyğun modernləşdirilməsi istiqamətində iş aparır və müdafiə sahəsində islahatlara metodik dəstək alır. Əməkdaşlığın daha dərin mərhələsi isə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP) proqramı vasitəsilə həyata keçirilir. IPAP çərçivəsində müdafiə sənayesində planlaşdırma, hərbi kadr hazırlığı və sülhməramlı potensialın gücləndirilməsi sahələrində əməkdaşlıq mövcuddur. Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstandakı ISAF və “Resolute Support” missiyalarında, həmçinin bir sıra humanitar və logistik əməliyyatlarda fəal iştirak ediblər.

Azərbaycanın NATO üçün strateji əhəmiyyəti bir neçə əsas amillə bağlıdır. Ölkəmiz Rusiya, İran və Türkiyə kimi böyük regional güclər arasında yerləşir və Avropa ilə Asiyanı birləşdirən nəqliyyat və enerji dəhlizlərinə nəzarət edir. Əməkdaşlıq Cənub Qaz Dəhlizi, Transxəzər nəqliyyat əlaqələri və Orta Dəhliz İpək Yolu kimi geniş ərazilərdə enerji təhlükəsizliyi və logistika baxımından strateji əhəmiyyət daşıyır. Azərbaycanla münasibətlər, həmçinin, regionda güc balansının qorunması baxımından NATO üçün vacibdir.

Azərbaycan həm NATO üzvü Türkiyə, həm də Rusiya və İran kimi region nəhəngləri ilə milli maraqlarına əsaslanan balanslaşdırılmış siyasət yürüdür. Çoxvektorlu diplomatiya çərçivəsində Alyansla əməkdaşlıq ölkəyə əlavə təhlükəsizlik və diplomatik manevr imkanları qazandırır. Azərbaycan Ordusunun modernləşməsi də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Avropanın enerji təhlükəsizliyində - qaz tədarükündə artan rolu fonunda respublikamız NATO üçün strateji əhəmiyyətə malik məkandır. Çünki Alyansın enerji infrastrukturunun müdafiəsi və tərəfdaş ölkələrdə sabitliyin qorunması Avropanın enerji təhlükəsizliyinin əsas komponentidir.

Digər tərəfdən, müasir dövrdə kibertəhlükələr və hibrid hücumlar geniş yayılıb. 2025-ci ildə Azərbaycan üçün kritik enerji və digər infrastrukturlarına qarşı hücumlar yadda qaldı. NATO tərəfdaş kimi Azərbaycanın kritik enerji infrastrukturlarının qorunması, kibertəhlükəsizlik üzrə təlimlər və böhranlara hazırlıq planlarının qurulması sahələrində dəstək verir.

Azərbaycan NATO-ya üzvlüyü hədəfləmir; xarici siyasətini balanslaşdırma prinsipinə əsaslandırır. Əməkdaşlıq praqmatik xarakter daşıyır və region ölkələri ilə münasibətlərlə ziddiyyət yaratmamasına diqqət edilib. NATO isə tərəfdaş ölkə kimi Azərbaycanın neytrallığına və suveren qərarlarına hörmət prinsiplərini qoruyur.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri