Icma.az
close
up
RU
Azərbaycan necə “ağıllı ölkə“ ola bilər? Kembric professorundan üç əsas TƏKLİF

Azərbaycan necə “ağıllı ölkə“ ola bilər? Kembric professorundan üç əsas TƏKLİF

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Hər il dünya ölkələri elm və təhsil, xoşbəxtlik, innovasiya, turizm, harmoniya, təhlükəsizlik və s. meyarlar üzrə sıralanır. Liderlər tez-tez dəyişir, lakin Skandinaviya ölkələri, İsveçrə və Sinqapur xoşbəxtlik, sabitlik və innovasiyada, Fransa və İspaniya turizmdə, ABŞ, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr isə "ağıllılıqda" (təhsil/ÜDM/elm əsasında) liderliyi əldən vermirlər. Əksinə, bu rəqabət get-gedə güclənir. Budur, Yaponiya yenə də aparılan qlobal araşdırmada bir çox sahədə yüksək nəticələr göstərərək 100 mümkün baldan 92-ni toplayaraq ötən ilin nəticələrinə görə "dünyanın ən ağıllı ölkəsi" seçilib. Yaponiya bu uğuru həm Nobel mükafatlarının sayına, həm yüksək IQ dərəcəsinə, həm də şagirdlərin təhsil uğurlarına görə əldə edib. "Ağıllılar"ın ilk onluğunda IQ səviyyəsinə görə Sinqapur, Cənubi Koreya, Honkonq kimi Asiya ölkələri, keçmiş nailiyyətlərə və Nobel mükafatlarının sayına görə ABŞ, siyasi sabitliyi ilə İsveçrə, sosial layihələri və həyat keyfiyyəti ilə Çin, Kanada, Böyük Britaniya, Niderland, Belçika da var.

İstər-istəməz sual yaranır ki, Cənubi Qafqazda liderlik səviyyəsinə yüksələn Azərbaycanı yüksək texnoloji inkişafın lider ölkələri sırasına necə çıxara bilərik?

Moderator.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Strateji yol xəritəsinə ehtiyac var"

Mövzunu çox aktual və vacib hesab edən Kembric Universitetinin professoru Qərib Mürşüdovun fikrincə, belə siyahılara düşməyi məqsəd kimi görmək lazım deyil. Əksinə, əsas hədəf təməl infrastrukturun qurulması və sistemli dəyişikliklər olmalıdır. Yəni, təhsil, elm və innovasiya əsaslı sənayenin davamlı inkişafı üçün strateji yol xəritəsi hazırlamağa ehtiyac var: "Bu sahələrdə keyfiyyətli irəliləyiş və fərdlər üçün əlverişli mühit yaradılsa, beynəlxalq reytinqlərə daxil olmaq təbii nəticə kimi öz-özünə baş verəcək". Professorun sözlərinə görə, bu məqsədlə, dərhal həyata keçirilməsi zəruri olan üç əsas strateji istiqamət vacibdir. Onlardan birincisi bilik infrastrukturu, texniki ədəbiyyatın ana dildə üstünlüyüdir: "Elm-texnika sahəsində orta, ali və peşə təhsili səviyyələri üçün beynəlxalq standartlara uyğun dərslik və materialların sistematik şəkildə Azərbaycan dilinə çevrilməsi lazımdır. Amma yalnız ədəbiyyatı əlçatan etmək kifayət deyil, onun istifadəsini də stimullaşdırmalıyıq. KİV-də elmi-populyar proqramların artırılması, görkəmli alim və mühəndislərin məktəblərlə davamlı əlaqəsinin qurulması, valideynlər arasında texniki təhsilin gələcək perspektivləri barədə maarifləndirmə işləri aparılması da vacibdir. Yüksəktexnologiyalı sahələrdə yaxşı maaşlı işlərin çoxalması bu prosesi sürətləndirəcək". Alim hesab edir ki, keyfiyyətə doğru prosesdə müəllim potensialının artırılması da vacibdir: "Sistem öz-özünə işləmir. Onun əsas "mühərriki" müəllimlərdir. Müəllimlərin peşəkar hazırlığı, bilik səviyyəsi və müasir tədris metodlarına yiyələnməsi prioritet olmalıdır".

Professor bildirir ki, texnologiyadan düzgün istifadə də önəmlidir: "Hazırkı keçid dövründə təhsildə süni intellekt kimi innovativ vasitələrdən köməkçi alət kimi istifadə etmək, həm təhsil keyfiyyətini yüksəldə, həm də "repetitorluq" kimi problemlərin həllinə kömək edə bilər".

"Problem beyində deyil, mexanizmdədir"

"Bəli, Yaponiya bu gün ən balanslı modeli göstərir. Nobel mükafatları təsadüf, IQ göstəriciləri isə təkcə genetik məsələ deyil, təhsildəki ardıcıllıq isə illərin nəticəsidir", - deyə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova vurğulayır. Onun fikrincə, yaponlar sadəcə "ağıllı xalq" deyil, onların ağıllı sistemi olan ölkəsi də var: "Düzdür, bu gün biz müəyyən göstəricilərdə geridəyik. Amma bu, potensialın olmaması demək deyil. Əksinə, bizdə istifadə olunmayan potensial çoxdur. Yəni problem beyində deyil, mexanizmdədir. Birincisi, biz hələ də uğuru əzbərlə ölçürük. Testdən keçmək bacarığı ilə düşünmək bacarığını eyni şey zənn edirik. Siyahıya düşən ölkələr isə uşağa "düz cavabı tap" yox, "niyə belə düşündün?" sualını verir. Bizdə bu sual hələ dərsdə yox, bəzən adi həyatda da yoxdur".

Alternativ yol, yoxsa hörmətli karyera?

G.Əkbərova hesab edir ki, elmin prestij məsələsinə çevrilməsi də vacibdir: "Yaponiya və oxşar ölkələrdə alim olmaq alternativ yol deyil, hörmətli karyeradır. Bizdə isə istedadlı gənclər ya sistemdən bezir, ya da başqa sahəyə qaçır". G.Əkbərovanın fikrincə, bu prosesdə uzunmüddətli strategiya vacib amildir. Belə ki, Yaponiya nəticəni beş ilə yox, 25-30 ilə planlayır: "Biz isə tez-tez "bu il nə dəyişdi?" sualına ilişib qalırıq. Ağıllı ölkələr səbirlidir, çünki ağıllı proseslər vaxt istəyir". İŞ üzvünün fikrincə, ölkəmizdə riyaziyyata meyilli uşaqlar, dilləri tez öyrənən gənclər, çətin şəraitdə belə çıxış yolu tapan zəka var. Sadəcə, bu zəkanı sistemli şəkildə üzə çıxaran mühit formalaşmalıdır: "Obrazlı desək, torpaq münbitdir, amma suvarma plansızdır. Düşünürəm ki, biz siyahıya düşmək üçün başqasına oxşamalı deyilik, öz güclü tərəflərimizi ağıllı şəkildə inkişaf etdirməliyik. Başlanğıc üçün tənqidi düşünmə, elmə hörmət, müəllimə dəyər, uzunmüddətli baxış kifayətdir. Yaponiya nümunəsində gördüyümüz əsas məqam odur ki, sistem mərkəzdən yazılan sənədlərlə yox, sahədə formalaşan mədəniyyətlə güclənir. Əgər bu gün biz Nobel siyahılarında yoxuqsa, bu o demək deyil ki, sabah da olmayacağıq. Sadəcə, Nobel birbaşa auditoriyadan, sinifdən, müəllim masasından başlayır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2026 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri