Icma.az
close
up
RU
Azərbaycan nefti bahalaşmaqda davam edəcək? AÇIQLAMA

Azərbaycan nefti bahalaşmaqda davam edəcək? AÇIQLAMA

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə baş verən gərginliklər yenidən dünya enerji bazarlarında dalğalanmalara səbəb olub. İsrail ilə İran arasında artan hərbi qarşıdurmalar, neftin birjalardakı qiymətini kəskin şəkildə artırıb.

Bu vəziyyət Azərbaycanın da daxil olduğu enerji ixracatçısı ölkələrin iqtisadi mənzərəsində birbaşa əks olunub. Belə ki, Azərbaycan neftinin qalxdığını da müşahidə edirik.

Belə ki, son olaraq dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,41 ABŞ dolları, yaxud 4,3 % artaraq 82,58 ABŞ dolları təşkil edib.

Maraqlıdır, neftin bahalaşması tendensiyası davam edəcəkmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli hazırkı gərginliyin fonunda hərbi toqquşmalar və geosiyasi qeyri-sabitlik səbəbilə neftin qiymətində müəyyən artımın müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, bu artımın davamlı olub-olmaması isə münaqişənin müddətindən və gedişatından asılıdır:

“Əgər qarşıdurma uzunmüddətli xarakter alarsa, qarşılıqlı zərbələr intensivləşərsə və region ölkələri də dolayısı ilə müharibəyə cəlb olunarsa yaxud ərazilərində hərbi əməliyyatlar aparılarsa biz istəməsək də, neftin qiyməti 100 ABŞ dollarını keçə bilər. Lakin hər şey münaqişənin nə vaxt və hansı şərtlərlə başa çatacağından asılıdır.

Əgər yaxın günlərdə hər hansı diplomatik razılaşma əldə olunarsa, bu zaman enerji bazarlarında sabitlik bərpa oluna və qiymətlərdə yenidən enmə müşahidə edilə bilər. Çünki neftin qiymətindəki bu yüksəlişin arxasında fundamental iqtisadi faktorlar dayanmayıb. Artım sırf geosiyasi risklərlə bağlıdır”.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Fidan Hacızadə

Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri