Icma.az
close
up
RU
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,83 % artaraq 76,54 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 73,52 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri