Icma.az
close
up
RU
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradıldı

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradıldı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, fərmana əsasən, Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.
Bunlar, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları", “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Metropoliteni”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, “BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus “Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, “Azərpoçt”, “Bakı Taksi Xidməti” MMC-lər, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.
AZCON idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir. Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, idarəetməsinə veriləcək dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holdinq dövlət başçısı ilə razılaşdırmaqla həll edir.
Holdinqin Müşahidə Şurası idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam verir, idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır, idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdinqin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Prezidentin təyin etdiyi qurumlara münasibətdə isə dövlət başçısı ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir.
Holdinqin nizamnamə fondu 10 milyon manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.
Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:
- idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);
- qanunla qadağan olunmayan digər mənbələrdən.
Holdinqin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib.
- Prezidentə nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi, Holdinqin ləğvi və yenidən təşkili:
- Holdinqə:
“Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti Holdinqin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini 5 ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Holdinqin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi AZCON-un Nizamnaməsinin layihəsini hazırlayıb 1 ay müddətində Prezidentinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see475

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see158

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see127

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri