“Azərbaycan Nəşriyyati”nin binası sökülür, yoxsa təmir edilir? VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
''Azərbaycan Nəşriyyatı''nın 9 mərtəbəli əsas binasının istismarı dayandırılır. Uzun illərdir orada müqavilə ilə icarədar olan mətbuat orqanları növbəti ayın 1-dən etibarən, təmir işləri ilə əlaqədar binadan köçürüləcək. Avtosfer.az xəbər verir ki, "Azərbaycan nəşriyyatı''nın məlumatına görə, binanın doqquzmərtəbəli əsas korpusunda aparılan texniki baxış zamanı ciddi qüsurlar aşkarlanıb. Binada əsaslı təmir işlərinin həcmi böyükdür və mərhələli şəkildə, bina istismar olunmaqla bu işlərin aparılması mümkün deyil. Bu səbəbdən istismarın tam dayandırılmasına qərar verilib. Nəşriyyat rəhbərliyinin bu qərarı xüsusilə orada icarədar olan media işçiləri arasında da müzakirələr yaradıb. Uzun illər bu binada fəaliyyət göstərən jurnalistlər və redaksiya əməkdaşlarının bəziləri hətta binanın təmiri deyil, tam söküləcəyi, həmçinin yerində yaşayış binalarının tikiləcəyi iddialarına da aydınlıq gəldi.
Oxunub 20
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 18 Yanvar 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















