Azərbaycan “Netflix”in məşhur serialında
Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Netflix”in dünyada böyük auditoriya qazanan “Outer Banks” serialının beşinci və final mövsümündə hadisələrin bir hissəsi Azərbaycanda cərəyan edir.
OLAY Qaynarinfo.az-a istinadən yazır ki, serialın qəhrəmanları əfsanəvi Mavi Tacın sirrini açmaq üçün Gəncəyə gəlirlər. Ekranda Gəncənin adı çəkilsə də, “Azərbaycan” səhnələrinin əslində Xorvatiyada çəkilməsi, yerli sakinlərin xorvat dilində danışması və Gəncə ətrafında mövcud olmayan sirli gölün göstərilməsi diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, “Netflix”in məşhur macəra serialı “Outer Banks”ın beşinci və son mövsümü 20 avqust 2026-cı ildə yayımlanıb. Final mövsümü 10 seriyadan ibarətdir.
“Netflix”in rəsmi məlumatına görə, yeni mövsümdə “Pogues” adlandırılan dost qrupu – Con B, Sara, Kiara, Poup və Kleo – Mərakeşdə Cey-Ceyin ölümündən sonra həm dostlarının qisasını almağa, həm də itirdikləri Mavi Tacı geri qaytarmağa çalışırlar. Onların qarşısında Çandler Qroff, Daliya və “Corsairs” adlı təhlükəli qrup dayanır.
Serialın Azərbaycanla bağlı əsas hadisələri isə 9-cu seriyada baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 04 Sentyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















