Azərbaycan Niderlandda keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Niderlandın Eyndhoven şəhərində keçiriləcək beynəlxalq turnirdə 5 boksçu ilə təmsil olunacaq. Bu barədə SİA-ya Boks Fedearsiyasından məlumat verilib.
Eyndhoven kubokunda məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.
Turnirdə Emil Qurbanəliyev Azərbaycanı hakim kimi təmsil edəcək.
Qeyd edək ki, yarış iyunun 6-da start götürəcək. Final döyüşləri isə ayın 9-da olacaq.

Şahmatçımız Niderlandda beynəlxalq turnirdə iştirak edəcək
21 Yanvar 2025 11:41
Niderlandda Azərbaycan musiqisinin təbliği
20 Fevral 2025 11:57
Azərbaycan dünya çempionatında 6 boksçu ilə təmsil olunacaq
07 Mart 2025 14:09
Azərbaycan şahmatçısı Niderlandda çıxış edəcək
18 Yanvar 2025 10:57
Qarabağ ın U 14 komandası Niderlandda beynəlxalq turnirdə iştirak edəcək
04 Aprel 2025 17:56

