Azərbaycan nümayəndə heyəti AEBA nın sessiyasında iştirak edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 70-ci Növbəti Sessiyası keçirilib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, ümumilikdə 181 üzv dövlətdən 3 mindən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi fövqəladə hallar nazirinin müavini Yusif Nəbiyevin rəhbərlik etdiyi və tərkibinə aidiyyəti qurumların müvafiq vəzifəli şəxslərinin daxil olduğu nümayəndə heyəti təmsil edib.
Sessiyada çıxış edən Y.Nəbiyev ölkəmizlə AEBA arasında əməkdaşlığın genişləndirilməsi, böyük miqyaslı kütləvi tədbirlər zamanı nüvə təhlükəsizliyinin təmin edilməsi üzrə texniki missiya çərçivəsində əməkdaşlıq, hüquqi, tənzimləyici və texniki infrastrukturun inkişafı istiqamətində görülən işlər, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində nüvə və izotop texnologiyalarının tətbiqi məsələlərinə toxunub.
Tədbir çərçivəsində nümayəndə heyəti, həmçinin AEBA-nın struktur bölmələri və digər ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 Sentyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















