Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti Daşkənddə zəlzələ qurbanlarının anım günü ilə bağlı tədbirdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Daşkənddə zəlzələ qurbanlarının anım günü ilə bağlı tədbirdə iştirak edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

Özbəkistanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən ötən il qəbul olunmuş qətnaməyə əsasən aprelin 29-u Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 29-da bu məqsədlə Özbəkistanda keçirilən beynəlxalq tədbirdə iştirak edib.

AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə, Daşkənd şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib.

Daşkənddə Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirin əsas məqsədi təcrübə mübadiləsi üçün mühüm beynəlxalq platformaya çevrilərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi, qlobal səviyyədə zəlzələlərə hazırlığın və dayanıqlığın artırılması üzrə effektiv strategiyaların müzakirəsi olub.

Müxtəlif ölkələrdən və beynəlxalq təşkilatlardan olan nümayəndə heyətlərinin, eləcə də tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə zəlzələ ilə əlaqəli fəlakət riskini azaltmaq məqsədilə dövlətlərin malik olduqları imkanların səfərbər edilməsi, seysmik təhlükəsizlik sahəsində beynəlxalq səviyyədə tanınan alimlər, tədqiqatçılar və mütəxəssislər arasında davamlı dialoq mexanizminin yaradılmasının əhəmiyyəti qeyd olunub, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin, o cümlədən müasir texniki nailiyyətlər və rəqəmsallaşmanın tətbiqi ilə birgə elmi tədqiqatların aparılması və nəticələrinin qlobal miqyasda reallaşdırılması kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçılar 1966-cı ildə Daşkənddə baş vermiş dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə ucaldılmış “Cəsarət” abidəsini ziyarət ediblər.

Tədbir çərçivəsində K.Heydərov Özbəkistanın fövqəladə hallar naziri Azizbek İkramovla görüşüb.

Səfər müddətində nümayəndə heyətinə göstərilən diqqətə və qonaqpərvərliyə görə təşəkkür edən nazir K.Heydərov yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərinin iki ölkə liderlərinin müdrik uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri sayəsində son illər strateji tərəfdaşlıq səviyyəsində sürətlə inkişaf etdiyini xatırladan nazir, bu çərçivədə fövqəladə halların idarə edilməsinə məsul qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

K.Heydərov Azərbaycan və Özbəkistan Fövqəladə Hallar Nazirlikləri arasında 2026-2027-ci illər üzrə birgə fəaliyyət Planının hazırda fəal icra mərhələsində olduğunu, nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2026 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri