Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti ərRiyadda COP16 konfransında iştirak edir AZƏRTAC

Azərbaycan nümayəndə heyəti ərRiyadda COP16 konfransında iştirak edir AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyası (COP16) işə başlayıb. Konfransın gündəliyinə torpaq deqredasiyası, quraqlıq və səhralaşma problemləri üzrə çoxtərəfli fəaliyyətlərə dəstək üçün zəngin tədbirlər proqramı daxildir. Tədbirdə bir sıra yüksək vəzifəli şəxslər, nazirlər, siyasətçilər, qlobal institutların, şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

AZƏRTAC Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadla xəbər verir ki, dekabrın 13-dək davam edəcək konfrans çərçivəsində bir sıra forumların, mühüm görüşlərin keçiriləcəyi, eləcə də torpaq deqredasiyası və quraqlıqla bağlı aktual problemlərin həllinə yönəlmiş yeni tədbirlərin və təşəbbüslərin elan olunacağı gözlənilir.

Səudiyyə Ərəbistanının ətraf mühit, su və kənd təsərrüfatı naziri və BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının sədri Əbdülrəhman əl-Fazli bildirib ki, bu tədbirə ev sahibliyi etmək ölkənin ətraf mühitin qorunmasına milli, regional və qlobal səviyyədə göstərdiyi diqqətin davamıdır. Beynəlxalq hesabatlara görə, hər il 100 milyondan çox hektar əkin sahəsi, meşə və otlaq ərazisi deqradasiyaya uğrayır. Bu da dünya üzrə 3 milyarddan çox insanın həyatına təsir edir. Torpağın münbitsizləşməsindən yaranan illik itkilər 6 trilyon dollardan çox dəyərində qiymətləndirilir.

Nazir əlavə edib ki, Krallıq BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası çərçivəsində işləri gücləndirməyə və səyləri artırmağa ümid edir. Əsas hədəf isə əsas ekoloji problemlərlə mübarizə aparmaq və digər beynəlxalq ekoloji razılaşmalar, xüsusilə də iqlim dəyişikliyi və bioloji müxtəlifliklə bağlı olan Rio Konvensiyaları arasında inteqrasiyanı gücləndirməkdir.

Eyni zamanda, tədbir çərçivəsində Səudiyyə Ərəbistanı quraqlıqla mübarizə üçün beynəlxalq səyləri sürətləndirmək və bu qlobal böhranı qabaqlayıcı şəkildə həll etmək üçün daha faydalı yanaşmanı təmin etmək məqsədilə Riyad Qlobal Quraqlıqla Mübarizə Təşəbbüsünü təqdim edəcək.

Quraqlıqla mübarizə qabiliyyətinin artırılmasına yönəlmiş müzakirələr COP16 Riyad Konfransının prioritetlərindən biridir.

Dekabrın 3-də qlobal su qıtlığı və əlaqəli problemlərin müzakirəsi üçün ər-Riyadda yüksək səviyyəli “One Water” sammiti keçiriləcək. Bu sammit dünyada su resurslarının idarəsini təkmilləşdirmək üzrə tədbirlərin müzakirəsi məsqədini daşıyır.

Eyni zamanda dekabrın 2-də və 3-də Səudiyyə Ərəbistanının Yaşıl Təşəbbüsü Forumu keçiriləcək. Bu tədbirə dünyanın müxtəlif yerlərindən siyasətçilər, biznes liderləri və mütəxəssislər qatılacaq.

Dekabrın 6-8-də Yaşıl Zonada ikinci Beynəlxalq Meşəsalma Texnologiyaları Forumu keçiriləcək. Forum çərçivəsində qlobal ağacəkmə layihələrindən əldə edilmiş təcrübələr, mövcud problemlərin həlli yolları və yeniliklər müzakirə ediləcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri