Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti FAST tərəfdaşlığının Roma görüşündə iştirak edib

Azərbaycan nümayəndə heyəti FAST tərəfdaşlığının Roma görüşündə iştirak edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 sentyabr, AZƏRTAC

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında FAST (Food and Agriculture for Sustainable Transformation) tərəfdaşlığının üzvlərinin növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, FAST tərəfdaşlığının və Bakı Harmoniya İqlim Təşəbbüsünün əlaqələndiricisi Leyla Cabbarlı, həmçinin Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Təhminə İbrahimova təmsil ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi, Azərbaycanın nümayəndə heyətinin rəhbəri Leyla Cabbarlı, Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Davamlı İstehsal və Suvarma Baş Direktorluğunun rəhbəri Bruno Brasil çıxış ediblər. Leyla Cabbarlı ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla, bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub: “FAST və Harmoniya təşəbbüsü qlobal iqlim hədəflərini yerli reallıqlarla birləşdirən insan mərkəzli platformadır. Biz fermerlərimizi, xüsusilə qadın və gəncləri iqlimədavamlı təcrübələrə yiyələnməkdə, yaşıl maliyyəyə çıxış əldə etməkdə və siyasət formalaşdırılmasında dəstəkləyirik”.

İclasda FAST tərəfdaşlığının indiyədək nailiyyətləri, gələcək iş planının ilkin istiqamətləri və COP30 çərçivəsində Braziliya tərəfindən təqdim edilən “Raiz” təşəbbüsü müzakirə olunub. Tədbirdə, həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və innovativ maliyyə həlləri müzakirə olunub, çoxtərəfli inkişaf bankları (ÇİB) və aqrar inkişaf bankları ilə əməkdaşlıq imkanları, eləcə də qida, heyvandarlıq və yeni maliyyə alətləri üzrə həllər nəzərdən keçirilib.

Azərbaycan nümayəndə heyəti bu sessiyalarda fermerlərin maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması, dövlət dəstəkləri ilə beynəlxalq iqlim maliyyəsinin daha effektiv inteqrasiyası və Harmoniya təşəbbüsünün regional təsirinin gücləndirilməsi barədə təkliflərlə çıxış edib.

Mütəxəssislər Roma görüşünü FAST tərəfdaşlığının gələcək fəaliyyətini formalaşdırmaq, iqlim maliyyəsinə çıxışı genişləndirmək və COP29-dan COP30-a qədər olan mərhələdə “COP-dan COP-a miras” yanaşmasını gücləndirmək üçün mühüm platforma olduğunu vurğulayıblar.

Qeyd edək ki, FAST tərəfdaşlığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 27-ci sessiyasında (COP27) istifadəyə verilib, dayanıqlı kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim maliyyəsini artırmaq məqsədilə yaradılıb. Azərbaycan bu tərəfdaşlığın həmsədri kimi “Harmoniya” təşəbbüsünü flaqman proqram qismində irəli sürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri