Azərbaycan nümayəndə heyəti Lyublyanada EFPM in iclas və Baş Assambleyasında iştirak edib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan nümayəndə heyəti 28–30 aprel tarixlərində Sloveniyanın Lyublyana şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin iclası və Baş Assambleyasında iştirak edib.
XQ xəbər verir ki, nümayəndə heyətində Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, EFPM İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev və AzƏOK-un məsul katibi Aysel Sultanova təmsil olunub.
İclasda quruma üzv olan Avropa idman təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi, ədalətli oyun dəyərlərinin təşviqi və gələcək layihələr müzakirə olunub.
Qərara əsasən, Aysel Sultanova EFPM-in yeni yaradılan Kommunikasiya Komissiyasının sədri təyin edilib.
Baş Assambleyada 22 ölkənin iştirakı ilə fəaliyyət planı, büdcə və yeni üzvlər təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 04 May 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















