Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tiflisə səfər edib.
Axar.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Xatırladaq ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.
II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Mart 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















