Icma.az
close
up
RU
Azərbaycan nümayəndə heyəti ÜHST nin 92 ci Baş Sessiyasının açılışında iştirak edib

Azərbaycan nümayəndə heyəti ÜHST nin 92 ci Baş Sessiyasının açılışında iştirak edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 25 may, AZƏRTAC

Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 92-ci Ali Baş Sessiyasının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Beş gün davam edəcək sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Sessiyanın açılış mərasimində təşkilatın heyvan sağlamlığına dair hazırladığı videoçarx nümayiş olunub. Sonra ÜHST-nin prezidenti, baş direktoru, eləcə də müxtəlif ölkələrin hökumət üzvləri çıxış ediblər.

92-ci Ali Baş Sessiyada müxtəlif ölkələrin nümayəndə heyətləri ÜHST-nin tarixini və hazırkı fəaliyyətini təhlil edəcək, həmçinin qlobal heyvan sağlamlığı və rifahı üçün davamlı gələcəyi birlikdə formalaşdırmaq yollarını araşdıracaqlar.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının 92-ci Ali Baş Sessiyası çərçivəsində Peyvənd üzrə Heyvan Sağlamlığı Forumu keçiriləcək. Peyvənd qərarı, təsirlər və arzuolunmaz nəticələr, eləcə də peyvəndin mövcudluğu və əlçatanlığı müzakirə olunacaq. ÜHST-nin mükafatları təqdim olunacaq. ÜHST-nin 2024-cü il fəaliyyəti üzrə Baş direktorun hesabatı, təşkilatın idarəetmə nəzarət komitəsinin, eləcə də maliyyə hesabatları dinləniləcək.

Regional komissiyanın vitse-prezidentliyinə seçkilər keçiriləcək. Bu posta Azərbaycan da namizədliyini irəli sürüb. Həmçinin təşkilatın müəyyən rəhbər orqanlarında vakant yerləri tutmaq üçün inzibati və texniki qətnamələr qəbul ediləcək və seçkilər keçiriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri