Azərbaycan nümayəndə heyətinin İrəvana gələcəyinə ümid edirik Matevosyan
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan COP17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.
Bakupost.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.
Nazir qeyd edib ki, Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətinin iştirakına ümid edir:
"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci sammitinin keçirilməsi barədə bildirişlər artıq qurumun bütün 196 üzv ölkəsinə göndərilib, tezliklə isə rəsmi dəvətlər çatdırılacaq. Bütün üzv dövlətlər tədbirin tarixləri barədə məlumatlandırılıb. Düşünürəm ki, çox sayda yüksək vəzifəli məmur və nazir iştirak edəcək. Hansı ölkələrin bunu təsdiqləyəcəyi barədə danışmaq hələ tezdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















