Icma.az
close
up
RU
“Azərbaycan nümunəsi bizə Rusiyadan qurtulmağın mümkünlüyünü göstərir” BRİÇAQ

“Azərbaycan nümunəsi bizə Rusiyadan qurtulmağın mümkünlüyünü göstərir” BRİÇAQ

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Moldovalı siyasətçi: “Qondarma “Dağlıq Qarabağ Respublikası” və Dnestryanı bölgənin ümumi kökləri var”

Moldova Respublikası Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, avropayönlü KUB (Birlik və Rifah Koalisiyası) siyasi partiyasının sədr müavini, ehtiyatda olan polkovnik Yuri Briçaq AYNA.AZ-ya müsahibəsində ölkəsində, eləcə də ümumən Şərqi Avropada cərəyan edən proseslər barədə danışıb. Beləliklə:

- Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda Moldovanın suverenliyinə təhdid məsələsi dəfələrlə, xüsusən də işğalçı ordunun Odessaya dənizdən və qurudan yaxınlaşdığı vaxtlarda gündəmə gəlib. İndi bu təhlükənin gücü nə qədərdir?

- Sizi əmin edirəm ki, hazırda Rusiyanın Moldova Respublikasına qurudan, havadan və ya dənizdən müdaxiləsi istisnadır, çünki Ukrayna qoşunları Odessa vilayətində istənilən təcavüzü dəf etməyə hazırdır. Eyni zamanda, Dnestryanıda keçmiş 14-cü Ordunun olması daha real təhlükə yaradır: Rusiya qoşunlarının uğurlu hücumu halında Dnestryanı qüvvələr və qondarma “sülhməramlılar” dərhal təhlükə yaradacaq.

- Kreml Moldova ilə bağlı hansı konkret məqsədləri güdə bilər? Onun sadəcə olaraq separatçı Dnestryanını mənimsəməsi kifayət edəcəkmi? Yoxsa bütün Moldovanı ələ keçirməyi planlaşdırırlar? Yaxud, plan sizin ölkənizi rəsmi olaraq müstəqilliyini və suverenliyini qoruyub saxlayaraq, Kişinyovda hakimiyyətə sırf rusiyayönlü qüvvələri qoyaraq hansısa “müttəfiq dövlət”ə çevirməkdir?

- Moskvanın Moldova Respublikası ilə bağlı məqsədləri onu Rusiya Federasiyasının protektoratı altına qaytarmaqdır. Moldova Respublikasında Avropa vektorunun dəyişməsi üçün real təhlükə yaradan kifayət qədər rusiyapərəst qüvvələr var. Son zamanlar biz müşahidə etdik ki, cari il seçki ili olduğundan rusiyayönlü partiyalar son dərəcə fəallaşıb, müxtəlif koalisiya və bloklar yaradıblar. Xatırladım ki, parlament seçkiləri 2025-ci il sentyabrın 28-də keçiriləcək. Moldova Respublikası parlamentli dövlətdir və senari Gürcüstandakı kimi ola bilər. Orada, məlum olduğu kimi, parlament və hökumət rusiyapərəstdir, ölkə prezidenti yaxın vaxtlara qədər avropapərəst olub, hazırda Avropaya inteqrasiya prosesi dayandırılıb. Rusiya Federasiyasının Moldova ilə bağlı eyni planı var.

- Bütün bunların fonunda hazırda avropayönlü qüvvələrin hakimiyyətdə olduğu rəsmi Kişinyov necə hərəkət edir? Onların Dnestryanı problemlə bağlı planları varmı? Bəlkə, indi Rusiya ordusunun uzaqlığını, Ukraynadakı keçmiş sərhədlərindən geri çəkildiyini nəzərə alsaq, bunu həll etmək üçün doğru məqamdır?

- Təəssüf hissi ilə qeyd edək ki, Maya Sandunun hakim partiyası - PAS bütün sağlam avropapərəst qüvvələri ölkəni idarə etməkdən uzaqlaşdırıb, QHT nümayəndələrini, səriştəsiz insanları bütün fəaliyyət sahələrində idarəetmə rollarına yerləşdirib - onların hakim partiyanı təmsil etdiyini təəssüflə qeyd edirik. Dnestryanı problemin həlli ilə ölkənin reinteqrasiyası üçün dəqiq müəyyən edilmiş planın olmaması hazırkı hökumət üçün prioritet deyil. Ölkə inteqrasiyasının ən yaxşı nümunəsi Ermənistanın işğal etdiyi əraziləri geri qaytaran Azərbaycandır. Hazırda mövcud vəziyyəti nəzərə alaraq Moldova Respublikası Dnestryanı problemini qonşu dövlətlərin - Rumıniya və Ukraynanın dəstəyi və köməyi, habelə beynəlxalq mexanizmlər hesabına həll edə bilər.

- Azərbaycanın güc yolu ilə həll edə bildiyi Dağlıq Qarabağla Dnestryanı problemi ətrafındakı münaqişədə hansı ümumi cəhətləri görmək olar? Tiraspolda separatçı hakimiyyət indi güclüdürmü? “Sülhməramlılar” şəklində olan yerli silahlı qüvvələr və Rusiya hərbçiləri Kişinyovla qarşılaşmağa nə dərəcədə hazırdır?

- Qondarma separatçı “respublika”ların - Dağlıq Qarabağ və Dnestryanı bölgənin ümumi kökləri var: hər iki halda Rusiya Federasiyası və qondarma "sülhməramlılar" iştirak edirdi. Hər iki halda separatçı ərazilərin rəhbərləri Rusiya Federasiyasının xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və dəstəklənib. Dnestryanı bölgə əhalisinin 80%-i həm də Moldova Respublikasının vətəndaşlarıdır. Avrointeqrasiya Dnestryanı əhalisi üçün sabitliyi və sosial rifahı təmin edə bilər: bu faktı Avropa istəkləri ilə Moldova Respublikasına inteqrasiya edən sakinlərin əksəriyyəti etiraf edir.

Separatçı və Rusiya hərbi qüvvələri hökumətin inkişaf tərəfdaşları və beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirməli olduğu bir sıra prosedurlar vasitəsilə aradan qaldırıla bilər. Azərbaycanda münaqişənin həlli bizə Rusiyanın protektoratından qaçmağın mümkün olduğunu göstərir. Biz Ukrayna xalqının işğalçıya qarşı mübarizəsini tam dəstəkləyirik və əminəm ki, qələbə Ukraynanın olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://ayna.az
archiveBu xəbər 30 Aprel 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri