Azərbaycan önümüzdəki illərdə dünyanın güclü dövlətlərindən birinə çevriləcək
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin hər ilin sonuncu günündə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət etməsi ən yeni tariximizin müsbət ənənələrindən biridir. Dövlət başçısının budəfəki müraciəti sadəcə ənənəvi təbrik çıxışı yox, hesabat və proqram xarakterli nitq kimi yadda qaldı. Belə ki, “2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir”,- deyə ötən ilin nəticələrinə qiymət verən Prezident İlham Əliyev, geridə qoyduğumuz 2025-ci ildə şanlı Zəfərimizin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdiyimizi və tarixi Zəfərimizin bizimlə əbədi olacağını qeyd etdi.
Cənab Prezident müraciətində həm son beş il ərzində Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü böyük dərəcədə artırmasını, həm də ötən beş ilin tarixi Zəfərimizi beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək, təsdiqləmək istiqamətində atılan addımlarla zəngin olması faktını diqqətə çatdırdı. Biz qalib xalq, qalib dövlət olsaq da, lakin qələbə eyforiyasına uyub qətiyyən arxayınlaşmırıq. Çünki dərk edirik ki, həm Qələbəmizi qorumaq baxımından, həm də hazırda dünyada baş verən geosiyasi təlatümlər, hərbi təhdidlər, iqtisadi böhranlar, siyasi kataklizmlər, qlobal çağırışlar fonunda müdafiə gücümüzü daim artırmaq günümüzün ən zəruri tələblərindən biridir. Ona görə də son 5 ildə həm öz yerli istehsalımız olan silahlar hesabına, həm də xarici tərəfdaşlarımızdan aldığımız silah və texnikaların sayəsində Ordumuzun hərbi potensialını daha da artırmışıq.
Eyni zamanda, 2025-ci ilin 8 dekabrında keçirilən Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş Hərbi parada diqqəti yönəldən Prezident İlham Əliyev, paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsinin xalqımıza və bütün dünyaya nümayiş etdirildiyini vurğulayaq bildirdi ki, son illərdə müzəffər Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artıb. Müvafiq olaraq Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldıb, həmçinin yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi minlərlə əsgər və zabit hesabına daha da genişlənib.
Sözsüz ki, bütün bunları etməkdə məqsədimiz hazırda dünyada gedən silahlanma yarışının qaliblərindən biri olmaq deyil. Cənab Prezident də açıq şəkildə bəyan etdi ki, biz yeni müharibəyə hazırlaşmırıq, çünki biz öz ərazi bütövlüyümüzü bərpa etmişik və bizim üçün müharibələr dövrü artıq arxada qalıb. Ancaq çox təəssüf ki, bu gün dünyada beynəlxalq hüquq normaları işləmir və “kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bu isə öz növbəsində bütün dünyada genişmiqyaslı silahlanma prosesinin genişlənməsinə rəvac verir. Ona görə də hazırda hər bir ölkə öz təhlükəsizliyi haqqında ciddi şəkildə düşünməyə məcbur qalır. Belə olan halda, biz də öz ərazi bütövlüyümüzü, suverenliyimizi qorumaq üçün hər an istənilən təhdidlərə, çağırışlara hazır olmalıyıq. Prezident İlham Əliyev də məhz hazırkı dünya gerçəkliklərini nəzərə alaraq Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılması istiqamətində məqsədyönlü addımlar atır.
Beynəlxalq hüququn işləkliyini itirdiyi, dünyada sürətlə dəyişən inkarolunmaz dağıdıcı proseslərin, qarşıdurmaların, qütbləşmələrin müşahidə olunduğu və "cəngəllik qanunları"nın önə keçdiyi hazırkı qlobal gerçəkliklər müqabilində Azərbaycan özünü qorumaq və hərbi cəhətdən daha da güclənmək üçün zəruri addımlar atmağa sadəcə olaraq məhkumdur. Ona görə də biz bir tərəfdən Ermənistanla sülh gündəliyini davam etdirir və Cənubi Qafqaza dayanıqlı sülh və sabitlik gətiririk, ancaq eyni zamanda, o biri tərəfdən isə işimizi ehtiyatlı tutaraq dünyanın mövcud reallıqlarını, beynəlxalq dəyişikliləri də daim diqqətdə saxlayır və bu istiqamətdə gərəkən addımları atırıq.
Bizim yerləşdiyimiz coğrafiya və qonşuluq faktoru da bizdən daim ayıq-sayıq olmağı tələb edir. Narahat və problemli qonşularla əhatə olunduğumuz bir şəraitdə Azərbaycan dövləti daim son dərəcə ayıq-sayıq olmalıdır və Azərbaycan xalqı istənilən ssenariyə hazır olmalıdır. Prezidentin ordumuzun gücləndirilməsi yönündə atdığı addımlar təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu baxımdan, davamlı olaraq hərbi gücümüzü artırmağımız qaçılmaz zərurətdir. Güclü Ordumuz ərazi bütövlüyümüzün və suverenliyimizin sarsılmaz qarantıdır.
Azərbaycan Ordusu məhz beynəlxalq hüquqa söykənərək torpaqlarımızın işğaldan azad edilməsinə nail olub, tarixi ədaləti bərpa edib, Zəfərə imza atıb. Zəfərimizin yaratdığı reallıqlar dünya miqyasında da qəbul olunur. Bu baxımdan son beş ildə Ordumuzun qələbəsi ilə xarici siyasətimizin uğurları vəhdət təşkil edir. Prezident İlham Əliyev də Yeni il müraciətində diqqəti məhz tarixi Zəfərimizə münasibət məsələləsinə yönəldərək bildirdi ki, bu gün bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür. Biz şanlı Zəfərə heç kimin hesabına deyil, öz gücümüzlə nail olduq.
Prezidentin müraciətində səsləndirilən mühüm mesajlardan biri də tarixi Zəfərimizin reallıqları fonunda beynəlxalq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirməyimizlə bağlı oldu. Qeyd edildi ki, bu gün qalib ölkə kimi Azərbaycana bütün dünyada böyük hörmətlə yanaşırlar və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı ölkələri, qlobal aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Ancaq eyni zamanda, dövlətimizin başçısı onu da vurğuladı ki, Azərbaycan həmişə bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olub: “Biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq. Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın. Tədricən hər kəs görür ki, belə cəhdlərin sayı da kəskin azaldı. Çünki bunun heç bir mənası yoxdur. Bizə təzyiq etmək üçün heç kimin əlində heç bir vasitə yoxdur".
Prezident, həmçinin qeyd etdi ki, bizim güclü siyasi iradəmiz, xalq-iqtidar birliyi, hərbi gücümüz, iqtisadi potensialımız, enerji siyasətimiz, nəqliyyat imkanlarımız və digər amillər bizi o qədər gücləndirib ki, heç kim bizə öz iradəsini diktə edə bilməz. Biz bu gün bölgədə dayanıqlı sülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi ünvanlayan və onun reallaşması istiqamətində real addımlar atan bir ölkəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün silahdan istifadə edərək, BMT Nizamnaməsi çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz suveren hüquqlarımızı təmin etmişik. Ancaq bununla yanaşı, biz Zəfər çalmış ölkə kimi məğlub Ermənistana sülh əlimizi uzatdıq.
Dövlətimizin başçısının vurğuladığı kimi bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Və bu gün isə biz geniş quruculuq işləri aparır, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramını uğurla icra edirik. Beləliklə, 2025-ci il Azərbaycan üçün müstəqil siyasətin və suverenliyin daha da gücləndiyi, hərbi gücümüzün daha da artdığı və eyni zamanda, beynəlxalq mövqelərimizin kifayət qədər möhkəmləndiyi il kimi əlamətdar oldu. Prezidentin müraciətindəki gələcəyə yönəlmiş strateji hədəflər onu göstərir ki, regionun aparıcı ölkəsi olan Azərbaycan önümüzdəki illərdə həmçinin dünyanın güclü dövlətlərindən birinə çevriləcək.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Bu mövzuda digər xəbərlər:Azərbaycan tezliklə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək ŞƏRH
04 Fevral 2025 10:05
İtaliya Azərbaycan Universiteti aparıcı təhsil ocaqlarından birinə çevriləcək
01 Oktyabr 2025 16:37
Türkiyəli nazir: “Azərbaycan” məhəlləsi əsrin tikintisinin rəmzlərindən birinə çevriləcək
18 İyun 2025 16:38
Azərbaycan Prezidenti: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək
28 Oktyabr 2025 19:26
Dünyanın ən abad bölgələrindən birinə çevriləcək Şərqi Zəngəzur Mövqe
31 Oktyabr 2025 21:10
Baxış sayı:59
Bu xəbər 03 Yanvar 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















