Icma.az
close
up
RU
Azərbaycan Ordusu başlamışdı KONKRET

Azərbaycan Ordusu başlamışdı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna müharibəsində FPV dronlarından geniş və intensiv istifadə olunması diqqət çəkir. Bu, pilotun birbaşa dronun kamerasından ətrafı canlı izləyib idarə etdiyi yüksək sürətli uçuş aparatıdır. Ukrayna ordusu demək olar ki, hər bir rus hərbçisini vurmaq üçün bir dron göndərir. Məlumata görə, hazırda Rusiya ordusunda bununla bağlı ciddi çaxnaşma yaşanır. Hərbçilər bu dronların qarşısını almağın mümkünsüz olduğunu bildirirlər.

Bəs belə dronlara qarşı hansı sistemlər yaradıla bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, dronların və yüksək texnologiyalı silahların istifadəsi dünya hərb tarixində yeni bir dövr yaradıb:

“Bu sahədə ilk böyük nümunələrdən biri İkinci Qarabağ müharibəsi zamanı ortaya çıxdı. Azərbaycan Ordusunun 44 günlük müharibədə dronlardan effektiv istifadə etməsi dünyada böyük maraq doğurdu. Daha sonra Türkiyənin də müxtəlif əməliyyatlarda dronlardan istifadə etdiyini gördük.

Lakin Ukrayna savaşı dron müharibəsinə tamamilə yeni mərhələ əlavə etdi. Bu müharibədə Ukraynanın müxtəlif növ dronlardan istifadə etdiyi müşahidə olundu. Hətta bəzi mənbələrə görə, həlak olan rus əsgərlərinin böyük hissəsi məhz dronlarla vurulub. Dron operatorları döyüş meydanında hədəfləri müəyyən edib, zərbələr endirirlər.

Rusiya cavab olaraq İran istehsalı ucuz və effektiv dronlardan, “Şahed”lərdən geniş istifadə edir. Yaxın Şərqdə, xüsusilə İsrail–İran və ABŞ–İran qarşıdurmalarında da dronlar ön plana çıxdı”.

Politoloq qeyd edib ki, hər hücum sistemi yeni müdafiə texnologiyası yaradır:

“Dronların geniş yayılması da artıq dövlətləri anti-dron müdafiə sistemləri qurmağa məcbur edir. Ukrayna, Rusiya və İsrail bu sahədə yeni müdafiə texnologiyaları üzərində işləyirlər. Məsələn, Rusiya dronlara qarşı istifadə olunacaq kiçik ölçülü raket sistemləri istehsal etdiyini açıqlayıb.

Bu gün dronlar yalnız hava deyil, dəniz müharibələrinin də bir hissəsinə çevrilir. Kiçik pilotsuz qayıqlar, sualtı dronlar və hətta dron minalar haqqında məlumatlar yayılır. Xüsusilə İran kimi ölkələrin bu texnologiyalar üzərində çalışdığı iddia olunur”.

T.Rzayev qeyd edib ki, dron texnologiyası müharibələrin taleyində mühüm rol oynayır və gələcəkdə də oynamağa davam edəcək:

“Amma zaman keçdikcə dronlara qarşı müdafiə sistemləri də inkişaf edir. Buna görə də gələcəkdə müharibələrin yalnız dronlarla aparılması ehtimalı zəif görünür. Daha çox ehtimal olunan ssenari budur ki, dronlar artilleriya, tank, aviasiya, raket sistemləri və digər hərbi texnologiyalar kimi müharibənin əsas elementlərindən birinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 May 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri