Azərbaycan Ordusu miqyasında komanda qərargah məşqi keçirilir
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, qurumun baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.
Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.
Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Daşkənddə Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda qərargah təlimi keçirilir
24 Sentyabr 2025 17:53
Azərbaycan hərbçiləri NATO nun komanda qərargah təlimində iştirak edib
04 İyun 2025 16:05
Azərbaycan millisinin məşqi FOTO
01 Sentyabr 2025 21:55
Müasir Azərbaycan Ordusu
23 İyun 2025 21:32
Xaricdəki Azərbaycan ordusu
29 Avqust 2025 09:39
Baxış sayı:70
Bu xəbər 15 May 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















