Icma.az
close
up
RU
Azərbaycan Ordusuna atəşi kim açıb?

Azərbaycan Ordusuna atəşi kim açıb?

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın şərti sərhəddə olan təxribat, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə bağlı fikirləri ziddiyətlidir. Baş nazir heç bir atəşin olmadığını, digəri isə atəşin ancaq havaya atıldığını bildirir. Eyni zamanda Paşinyan iddia edir ki, guya Avropa İttifaqının nümayəndələri də hər hansı bir atəşkəs pozuntusunu qeydə almayıb.

News24.az xəbər verir ki, bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

“Əgər Ermənistanın müdafiə naziri atəş açıldığını bildirirsə, Avropa İttifaqının çoxsaylı müşahidəçiləri necə olub ki, bunu görməyiblər? Çox maraqlıdır ki, onlar şərti sərhəddə nə işlə məşğul olur? Doğrudanmı onlar vaxtaşırı açılan atəş səslərini eşitmir? Avropa İttifaqının yüz milyonlarla dolları onların susması üçün xərclədiyi də maraq doğurur”, - deyə o qeyd edib.

Komitə üzvünə görə, Ermənistan tərəfindən deyilən ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, erməni ordusunda atəşkəslə barışmayan, ali baş komandanın əmrləri ilə razılaşmayan təbəqə mövcuddur: “Bunun özü göstərir ki, Ermənistan dövlətçiliyinin sütunları kifayət qədər zəifdir. Ölkə liderinin imzalayacağı sənədi hakim dairələrin müəyyən təbəqələri sadəcə olaraq nəzərə almaya bilərlər”.

“Bütün bunlar onu göstərir ki, Azərbaycan sülh müqaviləsini imzalamaqda tələsməməklə haqlıdır. Azərbaycan Ermənistandan səmimiyyət, vahid mövqe, mehriban qonşuluq münasibəti yaratmaq istəyinin real nəticələrini gözləyir”, - Aydın Mirzəzadə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Mart 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri