Icma.az
close
up
RU
Azərbaycan ordusunda alternativ xidmət: “Bir tabor yaradıla bilər” KONKRET

Azərbaycan ordusunda alternativ xidmət: “Bir tabor yaradıla bilər” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30-a endirilib. Digər tərəfdən, artıq hərbi xidmətdən azad edilənlər öz arzuları ilə hərbi xidmətə çağırıla biləcəklər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, hərbi xidməti könüllü keçməklə bağlı müraciət istər elmi fəaliyyət, istərsə də bəzi xəstəliklərə görə möhlət alan şəxslərə aid edilə bilər:

“Bu hələ tam təhlil olunmalıdır. Ola bilər ki, vətəndaş hansısa elmi fəaliyyətinə görə çağırışçı olmayıb. Elə şəxslər var magistratura və doktorantura oxuyur, elmi iş müdafiə edir, lakin hərbi xidmətə də getməkdə də israrlıdır. Xəstəliyinə görə hərbi xidmətə getməyənlərin də bir çoxu israr edir ki, getmək istəyirəm.

Xəstəliklə bağlı hərbi çağırışa yararlı olmayanlar yüngül şəraitdə xidməti apara bilər. Digər tərəfdən, ali və orta təhsillilərin hər birinin xidmət müddətinin 1 il olması da gözəl təklifdir. Bu məsələnin də müzakirəyə çıxarmaq olar. Doğrudur, ali təhsilli və ali təhsilsiz arasında fərq qoymaq olmaz”.

Ekspert alternativ xidmətlə bağlı məsələyə də münasibət bildirib:

“Bəzi ölkələrdə belə şəxslər gedib qocalar və uşaqlar evində xidmət göstərir. Azərbaycanda onlar elə ordunun özündə də xidmət edə bilər. Tutaq ki, bir tabor yaradıla bilər və həmin tabor sırf təmizlik işlərini həyata keçirər.

Sovet dövründə tikinti batalyonu var idi. İndi də orduda yetərincə yardımçı sahələr var. Mülki işçiləri alternativ xidmət keçmək istəyənlərlə əvəzləmək olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri