Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi tədbirlər planına əsasən, “Ən yaxşı İnformasiya Texnologiyaları (IT) mütəxəssisi” adı uğrunda yarış təşkil olunub.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, yarışda Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində ən yaxşı nəticə göstərmiş IT mütəxəssisləri iştirak ediblər.
Hərbi qulluqçulara iki mərhələ üzrə keçirilən yarışın şərtləri izah olunub və təhlükəsizlik qaydaları çatdırılıb.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, rəqəmsal ordunun müasir hərbi strategiyanın ayrılmaz tərkib hissəsinə çevrildiyini vurğulayıblar.
IT sahəsində ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən yarışın yekununda zabitlərin nəzəri bilikləri test üsulu ilə, praktiki bacarıqları isə virtual platformalar üzərində yoxlanılıb və qaliblərə mükafatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 10 İyul 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















