Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 24 aprel, AZƏRTAC
Bu ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun “Qaraheybət” Təlim Mərkəzində hərbi qulluqçular arasında məsafəli qaçış üzrə “Hərbiləşdirilmiş kros birinciliyi” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra şəxsi heyətə yarışın şərtləri izah olunub.
Plana əsasən, yarış çərçivəsində 3 min metrlik məsafədə qaçış, atıcı silahdan atəş və qumbaraatma üzrə fəaliyyətlər icra edilib.
Hərbi qulluqçuların döyüş hazırlığı səviyyəsinin artırılması məqsədi daşıyan həmin tədbirdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Yarışın yekununda fərqlənən hərbi qulluqçular və komandalar kubok, fəxri fərman və diplomlarla mükafatlandırılıblar.
Baxış sayı:130
Bu xəbər 24 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















