Azərbaycan Ordusunun çinli əsgəri Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Ordusunda xidmət edən Çin əsilli əsgər maraqla qarşılanıb.
“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, əsgər Emin Lin həm silahdaşlarının, həm də komandirlərinin hörmətini qazanıb.
O, ingilis, rus və Azərbaycan dillərində də sərbəst danışa bilir. Əsgər yoldaşlarından bəziləri onu Lin, bəziləri isə “çinli” deyə çağırır.
“Mən fəxr edirəm ki, Azərbaycan Ordusunda xidmət edirəm. 1 il 6 ay ərzində çox şeyə uyğunlaşdım. İlk dəfə məni çox maraqla qarşıladılar. Hamıya maraqlı oldu ki, çinli biri Azərbaycan Ordusunda xidmət edir. Həmçinin Çin mətbəxi necədir, Azərbaycan mətbəxinə oxşayırmı? Əslində mən Çin mətbəxini o qədər də bilmirəm. Anam evdə həm Azərbaycan, həm də Çin mətbəxindən yeməklər bişirir”,- deyə Emin Lin söyləyib.
Bildirilib ki, ailə 1998-ci ildən Azərbaycanda yaşayır. Eminin böyük qardaşı Aydın da Azərbaycan Ordusunda xidmət edib.
Daha ətraflı süjetdə:

