Icma.az
close
up
RU
Azərbaycan Özbəkistan dostluğunun tarixi örnəyi

Azərbaycan Özbəkistan dostluğunun tarixi örnəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Özbəkistan xalqlarının dostluq və qardaşlığının tarixi qədim olduğu qədər də zəngin, öyünclüdür.  2  əsrlik rus və sovet imperiyaları da bu münasibətləri poza bilməmiş, 70 illik  ittifaq dövləti  daxilində tarixi ənənələr qorunub saxlamışdır. Xalqlarımız dövlət müstəqilliyi qazanandan sonra isə  iki xalqın  tarixi dostluq və qardaşlığı ən yüksək səviyyəyə yüksəlmişdir. 

30 illik Qarabağ münaqişəsi dövründə Azərbaycanın haqq işini daim dəstəkləmiş Özbəkistan Vətən müharibəsindəki tarixi zəfərdən sonra ölkəmizə dəstəyini davam etdirir. Qardaş ölkə işğaldan azad edilmiş Füzulidə nümunəvi təhsil ocağı tikib istifadəyə vermiş və  hazırda  Xankəndidə iri toxuculuq müəssisəsi yaradır. Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin xalqlarımızın bir-birinə daha da ­yaxınlaşması, Türk birliyinin formalaşıb  möhkəmlənməsi üçün davamlı təşəbbüsləri, inamlı addımları dostluq və qardaşlıq münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişlər.

Belə bir dövrdə iki ölkə arasında səmərəli əlaqələr qurmuş, dostluq örnəkləri yaratmış ayrı-ayrı insanların əməlləri, həyat hekayətləri ibrətliyi ilə qədirbilənliklə yada düşür.  Onlardan biri də üzümçülük və şərabçılıq sahəsində ölkələrimiz arasında körpü yaratmış Mixail Aleksandroviç Xovrenko olub. 

Qəzetinizin oxucularına fəaliyyətimizlə bağlı  gördüyü işlərdən xəbər tutduğumuz, illərin arxasında qalmış ömür yolunu öyrəndiyimiz bu adam barədə söhbət açmağın faydalı olacağını düşündük. Bu insan milliyyətcə rus olsa da, türkdilli xalqlara dərin hörmət və məhəbbət bəsləmiş, Özbəkistanla əlaqələrimizin inkişafında yeni istiqamət açmışdır. Bu gün Özbəkistanın 1000 nəfər işçi çalışacaq bir müəssisə yaratdığı Xankəndidə 1866-cı ildə anadan olmuş Mixail Xovrenkonun adı iki xalq arasında əməkdaşlıq körpüsü timsalıdır. 

Mixail istedadı və çalışqanlığı ilə erkən yaşlarından seçilmişdir. Moskva Texniki Məktəbini fərqlənmə diplomu ilə bitirən həmyerlimiz şərabçılıq sahəsində ixtisaslaşaraq Avropada da təcrübə keçmişdir. Onun tətbiq etdiyi “Rozental-Xovrenko metodu” şərab istehsalında inqilabi yeniliklərə səbəb olmuşdur.

1927-ci ildə Özbəkistana gedən Xovrenko “Özbəkşərab” trestinin baş şərabçısı vəzifəsində çalışmış, yeni üzüm sortlarının yetişdirilməsi və keyfiyyətli şərabların istehsalında mühüm rol oynamışdır. Səmərqənddə yüksək keyfiyyətli şərab zavodunun əsasınıda o qoymuşdur. Bu zavod indi də Xovrenkonun adını daşıyır.

Yeri gəlmişkən bildirək ki,çar  I Aleksandr hələ 20 fevral 1804-cü ildə Rusiyada əkinçilik mədəniyyətini yüksəltmək, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək üçün almanların ölkəyə gətirilməsi və onlara hər cür şərait yaradılması barədə manifest vermişdir. Almanların Azərbaycanda məskunlaşdırılmasına üstünlük verilmiş, 1818-ci ilin dekabrında ilk 488 alman ailəsi Gəncəyə gətirilmişdir.1819-cu ildə almanlar Yelenendorfda (Göygöldə), Annenfilddə (Şəmkirdə) və Traybenfelddə (Tovuz) Avropa üsullu üzüm bağları salaraq şərab və konyak zavodları tikmişlər. Almanlar istehsal etdikləri şərab məhsullarını dünya bazarlarına çıxarmış, 65- dən çox qızıl medallara layiq görülmüşlər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra üzümçülüyün və şərabçılığın inkişafı milliləşdirilmiş, yeni dövlət müəssisələri – sovxozlar yaranmışdır. Azərbaycanda üzümçülüyün və şərabçılığın yeni texnologiyalara uyğun inkişaf üçün 1933–1936-cı illərdə Mixail Xovrenko Özbəkistandan qayıdıb Gəncə Kənd Təsərrüfatı İnstitutunda professor kimi fəaliyyət göstərmişdir. Gəncədəki fəaliyyəti zamanı Xovrenko kənd təsərrüfatı texnologiyaları üzrə mühüm tədqiqatlar aparmış və öz biliklərini tələbələrlə bölüşmüşdür. Onun apardığı elmi işlər Azərbaycanda almanlardan sonra üzümçülüyün inkişafına böyük təsir göstərmişdir.

Sovet dövründə Gəncə – Tovuz bölgəsi şərabçılıq sahəsində ölkənin əsas mərkəzlərindən biri olmuşdur. Mixail Xovrenko kimi görkəmli alimin burada fəaliyyəti bölgədə üzümçülüyü və şərabçılğı inkişaf etdirmişdir.

Qədim şəhərlərimiz Gəncə ilə Səmərqənd arasında qardaşlıq əlaqələri protokolunun imzalanması iki xalq arasında mədəniyyət və iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. Bu qardaşlıq əlaqələri çərçivəsində elm, təhsil və kənd təsərrüfatı sahələrində layihələr həyata keçirilir. 

Azərbaycanın qərb bölgəsi, xüsusilə də Tovuz rayonu, üzümçülük və şərabçılıq sahəsində xüsusi əhəmiyyətə malikdir. Tarixən bu ərazi üzüm bağları ilə tanınmışdır və ölkənin ən keyfiyyətli üzüm növlərinin yetişdirildiyi bir mərkəz olmuşdur. Hələ 1 əsr əvvəl tovuzda almanlar şərab və konyak spirti çəkən zavod tikmişlər. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər  seçildikdən sonra üzümçülük, şərabçılıqda yeni inkişaf mərhələsi başlamışdır. Həmin illərdə təkcə Gəncə – Tovuz bölgəsi Ermənistan və Gorustandan çox üzüm və şərab istehsal etmişdir.

Lakin 1980-ci illərdə M.Qorbaçovun fitnəkar qərarları iləAzərbaycanda üzümçülük və şərabçılığa ciddi ziyan dəymiş, bu sahələr məhv edilmişdir. Ulu öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı ilə qeyri-neft sektorunda ən gəlirli sahə olan üzümçülük və şərabçılığın yenidən inkişafı başlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər nəticəsində digər regionlar kimi Gəncə – Tovuz regionunun üzümçülük və şərab istehsalının əsas mərkəzlərindən birinə çevrilmişdir. Burada müasir texnologiyaların tətbiqi, yüksək məhsuldar üzüm sortlarının yetişdirilməsi və yüksək keyfiyyətli şərab istehsalı Azərbaycanın dünya bazarında tanınmasına şərait yaratmışdır.

Bu gün Tovuzda üzümçülük yalnız iqtisadiyyatın əsas sahəsi deyil, həm də Azərbaycan mədəniyyətinin bir hissəsidir. Bu, Azərbaycanın üzümçülük sahəsində lider mövqeyini qoruduğunu bir daha sübut edir.

Özbəkistan da müstəqillik illərində  qədim üzümçülük diyarı olan Səmərqənddə şərabçılığı inkişaf etdirir. Xovrenko adına şərab zavodunun fəaliyyəti bərpa edilib, burada “Made in Uzbekistan” brendi ilə dünya bazarına şərabları ixrac edilir. Azərbaycan mütəxəssislərinin bilik və təcrübəsi Özbəkistanda müasir şərabçılıq texnologiyalarının tətbiqinə və yüksək keyfiyyətli məhsulların istehsalına böyük təkan verəcək. Qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni üzüm sortlarının və şərab istehsalında müasir texnologiyaların tətbiqi, şərabçılar üçün ixtisasartırma proqramlarının təşkili nəzərdə tutulur. Azərbaycan və Özbəkistanın arasında üzümçülük və şərabçılıq sahəsində əməkdaşlıq hər iki ölkənin iqtisadi və mədəni əlaqələrinin daha da güclənməsinə xidmət edəcək.

Haqqında söhbət açdığımız  Mixail Aleksandroviç Xovrenko kimi tarixi şəxsiyyətlərin irsi bu əlaqələrin dərinliyini və əhəmiyyətini nümayiş etdirir. Hər iki ölkənin birgə fəaliyyəti, təkcə mədəni irsi qorumaqla kifayətlənmir, həm də iqtisadi inkişaf və əməkdaşlıq üçün yeni yollar açır. Bu dostluq keçmişdə və indi olduğu kimi, gələcək nəsillər üçün örnək olaraq davam edəcək.

Naiq MƏMMƏDHƏSƏNOV, 
“Tovuz–Baltiya” MMC-nin 
baş direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri