Azərbaycan Özbəkistan “Dostluq Bağı”nın açılışı bu ilin sonuna planlaşdırılır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 10 iyun, AZƏRTAC
Özbəkistanın kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində çalışan şirkətləri sərgidə öz məhsullarını nümayiş etdirirlər. Buraya əsasən yeyinti, şirniyyat müxtəlif içki məhsulları, konservləşdirilmiş məhsullar və s. daxildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türk Ticarət Sərgisində Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr departamentinin baş mütəxəssisi Cavaxir Zafarov deyib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, hazırda Özbəkistanla Azərbaycan kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir, bu istiqamətdə böyük layihələr həyata keçirilir.
“Onlardan biri də Füzuli rayonunda 100 hektar ərazidə salınması planlaşdırılan Azərbaycan-Özbəkistan “Dostluq Bağı”dır. Azərbaycanda özbək narına böyük tələbat var. Azərbaycanda və Özbəkistanda 50 hektar ərazidə nar və digər məhsullar yetişdirmək niyyətindəyik. Füzuli şəhərinin minalardan təmizlənməsindən sonra işğaldan azad edilmiş bu ərazidə işlərə başlanılacaq. Bu ilin sonunda Azərbaycan-Özbəkistan “Dostluq Bağı”nın açılışını etmək fikrindəyik”, - deyə Cavaxir Zafarov vurğulayıb.
Müsahibimiz qeyd edib ki, Azərbaycanda Özbəkistan kənd təsərrüfatı məhsullarının satışı və filiallarının açılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 İyun 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















