Icma.az
close
up
RU
Azərbaycan özəl pensiya sisteminə keçir Əhalini inandırmaq olacaq?...

Azərbaycan özəl pensiya sisteminə keçir Əhalini inandırmaq olacaq?...

Icma.az, Publika.az saytına istinadən bildirir.

Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Müzakirə predmeti olan məsələlərdən biri də özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər.

Qeyd olunur ki, sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.

Maraqlıdır, əhali yeni sistemə nə qədər maraq göstərəcək?

Bununla bağlı Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Publika.az-a açıqlama verib.

O yeni sistem üçün müəyyən şərtlərin vacib olduğunu bildirib:

“Azərbaycanda özəl pensiya sisteminin yaradılmasına bir qədər skeptik yanaşıram. Birincisi, insanlar bu fonda inanmalıdır və ora pul qoymalıdır. İkincisi, həmin pulu fond investisiya edib oradan əlavə gəlir əldə etməlidir. Pensiya fonduna qoyulan pulun üstündə əlavələr olunmalıdır. Bir də özlərinin saxlanma xərclərinə sərf etməlidirlər. Yəni, bunlar baş verəcəkmi? Bizdə investisiya qoymaq üçün risksiz sahə hansıdır, onu bilmirəm. Fikrimcə, əhali pulu aparıb o pensiya fondunda yığınca depozitə qoyub, bankdan faiz əldə edə bilər”.

Hüquq müdafiəçisi özəl pensiya sistemində ciddi perspektiv görmədiyini də diqqətə çatdırıb:

“Məsələn, bu sistemi Rusiyada yaradıblar, amma orada da bir effekt vermir. Üstün cəhətləri odur ki, ora qoyulan pulu götürmək olur. Azərbaycan dövləti və müvafiq qurumlar bu haqda fikirləşir, amma burada problemlər də var. Dediyim iki problemdən başqa da problemlər, açıq qalan məsələlər mövcuddur. Ümumi nəticədə elə də böyük perspektiv görmürəm”.

Aysel Şahmar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri