Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Azərbaycan Pakistan münasibətlərində yeni mərhələ...

Azərbaycan Pakistan münasibətlərində yeni mərhələ...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın siyasi münasibətlər iqtisadi sahədə daha da möhkəmlənir

Azərbaycanın yürütdüyü çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu dostluq və əməkdaşlığı əsas hədəf kimi müəyyənləşdirir. Uğurla yürüdülən ikitərəfli münasibətlər isə dinamikliyi, yüksək səviyyəsi və dialoq mühitində inkişaf etməsi ilə seçilir - Azərbaycan çoxqütblü dünyada Qərb və Şərq, Şimal və Cənub xətti üzrə əməkdaşlığa söykənən əlaqələri ilə hörmət qazanıb. Bu əlaqələr bəzi hallarda yaxın dostluğa və qardaşlığa belə transformasiya olunur - təbii ki, burada da qarşılıqlı hörmət, yardımlaşma kimi bəşəri dəyərlər özünü əks etdirir. Bu əlaqələrin inkişafında isə qarşılıqlı səfərlər xüsusi rol oynayır.

Azərbaycan ilə Pakistan arasındakı münasibətlər də yaxın dostluq və qardaşlıq münasibətlərinə, strateji əlaqələrə əsaslanır. Təsadüfi deyil ki, iki dövlət arasında bir sıra istiqamətlər üzrə mühüm dialoq, əməkdaşlıq qurulub. Dövlət müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan Pakistan İslam Respublikası ən yaxın müttəfiqlərimizdən, Azərbaycana dost, qardaş ölkələrdən sayılır. İkitərəfli siyasi münasibətlərdə yüksək dialoq mövcuddur, hər iki dövlət beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini dəstəkləyir. İqtisadi sferada intensiv şəkildə addımlar atılır, əlaqələrin daha da möhkəmlənməsi, yüksək investisiya mühitindən səmərəli istifadə üçün işlər görülür. 

2 milyardlıq saziş...

Qeyd edək ki, iki ölkə arasında əlaqələr son illərdə daha da irəliləyərək yeni mərhələyə daxil olub. Pakistanın “Dawn” nəşri Bakı ilə İslamabad arasında milyardlarla dollarlıq sazişlər imzalanacağı ilə bağlı məlumat yayıb. Məlumata görə, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq: “Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, baş nazir Şahbaz Şərif bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.

Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir. Xatırladaq ki, bir neçə gün öncə SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xanla görüşmüşdü. Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar civarında investisiya yatıracağına dair ilk məlumatı isə Prezident İlham Əliyev 2024-cü ilin iyulunda müttəfiq ölkəyə səfəri zamanı açıqlamışdı: “Biz ilkin mərhələdə sərmayələrimizin ümumi həcminin təxminən 2 milyard dollar təşkil edəcəyini planlaşdırırıq. Biz artıq enerji, infrastruktur, rabitə və bir çox digər sahələrdə, o cümlədən müdafiə sənayesində bir neçə layihəni nəzərdən keçirmişik və burada artıq çox uğurla əməkdaşlıq edirik”.

Çiyin-çiyinə dayanan ölkələr

Vurğulandığı kimi, iki ölkə arasında əlaqələr çoxşaxəli xarakter daşıyır. Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, uğurla da davam etdirilir. Hər iki dövlət münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də cəmiyyətlərin yüksək konselidasiyası diqqəti cəlb edir. Hər zaman bildirildiyi kimi, Pakistan və Azərbaycan çiyin-çiyinə dayanan ölkələr sayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il Pakistan İslam Respublikasına dövlət səfəri çərçivəsində mətbuata açıqlamasında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif məmnunluğunu belə ifadə edib: “Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”.

Ardıcıl əməkdaşlıq və dostluq, qarşılıqlı dəstək...

Qeyd edək ki, Pakistan Ermənistanla işğalçılıq siyasəti səbəbindən indiyə qədər diplomatik münasibətlər qurmayan azsaylı ölkələrdəndir. Rəsmi İslamabad bütün beynəlxalq tədbirlərdə, qlobal səviyyədə Azərbaycanın mövqeyini hər zaman açıq şəkildə müdafiə edib - vaxtilə Qarabağın işğal edilməsi faktını pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Baş nazir Məhəmməd Şahbaz Şərif isə bildirmişdi ki, “Sizin Qələbəniz ədalətin hərtərəfli təntənəsinin nümunəsidir. Pakistan bu onilliklər ərzində həmişə sizin haqq işinizi dəstəkləyib”.

Prezident İlham Əliyev işğal dövründə Pakistanın hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olduğunu Azərbaycan xalqının yaxşı bildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi - Vətən müharibəsi zamanı siyasi dəstək verən və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi: “Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.

Pakistan İslam Respublikası artıq tarixə qovuşmuş  “Qarabağ münaqişəsi”nin həllinə dair Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli nəticələnməsinin vacibliyini önə çəkib. Rəsmi İslamabad Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistanın sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistan Respublikası ilə diplomatik münasibətlər yaratmayıb. İkinci Qarabağ müharibəsi zamanı isə bu dəstək ən yüksək səviyyədə özünü ifadə edib - Pakistan dövləti və Pakistan xalqı Azərbaycanın bu haqq işinə hərtərfəli mənəvi dayaq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu siyasətə uyğun olaraq Azərbaycanın da Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir. Dövlətimizin mövqeyi həmişə ardıcıl olub - biz bu məsələdə Pakistanın yanında olduğumuzu bəyan edirik. Vurğulanmalıdır ki, Azərbaycan bu problemin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edir.

Heydər Əliyev Fondunun dəstəyi...

İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, mədəni-humanitar əlaqələr də yüksək səviyyədədir. Bu mənada, Heydər Əliyev Fondunun Pakistanla bağlı layihələri də xüsusi əhəmiyyət daşıyır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2018-ci illərdə Həmzə Xeyriyyə Fondu xüsusi qanköçürmə va kiçik laboratoriya ilə təchiz edilib, 1 ədəd təcili tibbi yardım avtomobili və 2000 ədəd qanköçürmə paketi təqdim olunub. Həmçinin  Xayber Göz Fondunun yeni blokunun va gözləmə otaqlarının tikintisi üçün maddi yardımlar edilib, Dera İsmayıl Xan bolgəsində Heydər Əliyev Su Təchizatı sistemi yaradılıb. Eyni zamanda, Pişəvər Serebral İflic və Pişəvər Ana va Uşaq xəstəxanasında pulsuz müayinə təşkil edilib. Fond Pakistanda təhsilin stimullaşdırılması yönündə də xüsusi əhəmiyyətli layihələri ilə seçilib - Rara Qızlar məktəbi və Pakistanın 12 universitetlərində təhsil alan tələbələrə, umumilikdə, 41 təqaüdün verilməsi həyata keçirilib.

P. İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Fevral 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see319

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see228

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see218

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see212

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see198

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see194

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see174

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see167

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri