Icma.az
close
up
RU
Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16 dan 40 a yüksəldib?

Azərbaycan Pakistandan aldığı qırıcıların sayını 16 dan 40 a yüksəldib?

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya mediası 4.2 milyard dollarlıq yeni müqavilədən danışır.

“3 qardaş”ın Laçında keçirilən görüşü Ərəb Dünyasında da maraqla qarşılanıb. Bu görüşlə bağlı Səudiyyə Ərəbistanında nəşr olunan ingilisdilli gündəlik qəzet olan “Arab News” geniş məqalə təqdim edib.

Məlumat üçün deyim ki, 2019-cu ilin may ayından etibarən bu qəzet Səudiyyə Ərəbistanının taxt-tacın bir addımlığında olan vəliəhdi Məhəmməd bin Salmanın qardaşı Şahzadə Turki bin Salman Əl Səuda məxsusdur. Qəzet Səudiyyə hökumətinin rəsmi mövqeyini təbliğ edir.

“Arab News” yazır ki, İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub və Pakistana 2 milyard dollar sərmayə qoymağa hazırdır. O, həmçinin Azərbaycanın Pakistanın müdafiə sənayesi ilə daha sıx əməkdaşlığı nəzərdə tutduğunu bildirib: "Biz inanırıq ki, böyük potensial var və bunun böyük əhəmiyyəti var. Müdafiə sənayesində birgə hərbi təlimlər və layihələr silahlı qüvvələrimizin potensialını artırar. Bununla da müdafiə sahəsində həyata keçiriləcək əməkdaşlıq geniş coğrafiyada sülh və sabitliyi təmin edə bilər". “Arab News” yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən heyrətamiz dərəcədə 40-a çatdırdığı barədə çoxsaylı məlumatlar yayılıb.

“Arab News” yazır ki, son həftələrdə Azərbaycan Pakistandan dəyəri 4.2 milyard dollar olan JF-17 “Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrinin idxalını sürətləndirib. Pakistanın tədarük edilən qırıcıların sayının 16 ədəddən heyrətamiz dərəcədə 40-a çatdırdığı barədə çoxsaylı məlumatlar yayılıb.

Sözügedən təyyarənin JF-17 ailəsinin ən son və ən qabaqcıl modeli olduğu deyilir. Block III Pakistan və Çin tərəfindən birgə hazırlanmış və hazırkı qlobal bazarda ən sərfəli döyüş təyyarələrindən biri kimi tanınır və 4,5 nəsil qırıcılar sinfinə daxildir.

Xatırladım ki, Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında 1,6 milyard dollarlıq müqavilə imzalanıb. Həmin müqavilədə 16 qırıcının idxalı nəzərdə tutulmuşdu. İndi isə söhbət 4.2 milyard dollardan və 40 qırıcıdan gedir. Bu, kəskin fərq deməkdir.

Onu da qeyd edim ki, sürəti saatda 2 205 kilometr olan bu qırıcılar "hava-hava" və "hava-yer" təyinatlı raketləri və digər bombaları daşıya bilir. ən önəmlisi isə odur ki, Türkiyə istehsalı olan raketlərin bu qırıcılara inteqrə ede bilirik. Eləcə də bu qırıcı həm NATO, həm Rusiya, həm də Çin istehsalı olan sursatları istifadə etmək qabiliyyətinə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan havada nəyinki Ermənistana, hətta İrana qarşı da dominant üstünlüyə nail olacaq.

“Aviacionline.com” saytı yazır ki, Pakistan bu JF-17 Block III qırıcısını Argentinaya 50 milyon dollara təklif edib. “Aviation.stackexchange.com” saytı isə bu qırıcıların 55 milyon dollar olduğunu bildirib. Belə ki, İraq Pakistana 667 milyon dollar ödəyərək 12 ədəd belə qırıcı alıb.

Azərbaycanın bu qırıcıya görə Pakistana 35-40 milyon dollar ödədiyi ehtimal olunur. Bu isə o deməkdir ki, 4.2 milyard dollara Azərbaycan Pakistandan 100-dən çox qırıcı alacaq. O da ola bilər ki, Azərbaycan Pakistandan 40 qırıcı alacaq və yerdə qalan pula isə digər Pakistan silahlarının idxalı nəzərdə tutulub. Silah ticarətində məxfilik xüsusi önəm daşıyır. Ona görə də bir çox sövdələşmələrin gizli saxlanılır...

“Defencesecurityasia.com” saytı isə bugünlərdə yazmışdı ki, Azərbaycan alacağı qırıcıların sayını 16-dan 40 qaldırmaq üçün Pakistanla 4.2 milyard dollarlıq müqavilə imzaladığı söylənilir. Əgər bu, belədirsə, bu, Pakistanın ən böyük qırıcı ixracı olacaq. Yəni Azərbaycan JF-17 Block III qırıcısının alışı baxımdan Nigeriya və Myanmarı belə arxada qoyacaq.

Elbəyi Həsənli. Sürix

https://www.arabnews.com/node/2602496/amp

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 May 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri