Icma.az
close
up
RU
Azərbaycan Pakistanın haqlı mübarizəsini dəstəkləyir

Azərbaycan Pakistanın haqlı mübarizəsini dəstəkləyir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


"Hindistanın Pakistana qarşı hərbi təcavüzü gözlənilən idi. Rəsmi Dehlinin bir müddət əvvəl “Hind çayı müqaviləsi"ndən çıxması Hindistanın müharibə hazırlıqlarının, Pakistana hərbi təcavüzə başlayacağının anonsu idi. Bildiyimiz kimi birinci Kəşnir müharibəsini məhz “Hind çayı müqaviləsi" əsasında dayanmışdı. İndi Dehlinin belə bir addım atması ondan xəbər verirdi ki, Hindistan yenidən müharibə istəyir. Ötən gün Hindistanın Pakistana raket zərbələri endirməsi də bunun sübutu idi”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Hindistan qarşı tərəfdən bu dərəcədə adekvat tədbirlərin görüləcəyini, cavab zərbələrinin daha sarsıdıcı olacağını düşünmürdü:
“Xəbərlərdən də aydın olduğu kimi Pakistan tərəfi əks zərbələrlə Hindistanın Kəşmir bölgəsində hərbi obyektlərini darmadağın edib. Faktiki vəziyyət ondan ibarətdir ki, Pakistan Hindistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bu hərbi təcavüzün dayandırılması üçün beynəlxalq birlik hərəkətə keçməlidir. Dünya birliyi Pakistanın haqlı mövqeyindən çıxış etməli, təcavüzkara sərt reaksiya bildirməlidir”.
Arzuman Muradlı qeyd edib ki, rəsmi Bakı Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyir və bu ölkənin suverenliyini, ərazi bütövlüyünü tanıyır:
"Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Pakistanın baş naziri Şahbaz Şərifin ölkəmizə səfəri zamanı keçirdiyi ikitərəfli və çoxtərəfli görüşdə açıq şəkildə bəyan etdi. Azərbaycanın Kəşmir məsələsində Pakistanı dəstəkləməsi onunla bağlı deyil ki, Pakistan islam dövlətidir və bizi dini amillər bir-birinə bağlayır. Düzdür, bu amil də yer alır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Pakistanın apardığı mübarizə haqlı mübarizədir və Azərbaycan da bir qayda olaraq haqqın, ədalətin yanında yer alır".
Politoloq onu da deyib ki, İslamabad da öz növbəsində 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib və Ermənistanın ölkəmizə qarşı təcavüzünü bütün beynəlxalq platformalarda qəti şəkildə pisləyib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri