Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilcisi finala vəsiqə qazanıb.
Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycan təmsilçisi dünya çempionatında gümüş medal qazanıb
12 Noyabr 2024 19:16
Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb
07 Mart 2025 22:10
Avropa çempionatında gümüş medal
15 Oktyabr 2025 09:41
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
16 Noyabr 2024 20:31
Baxış sayı:153
Bu xəbər 11 May 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















