Azərbaycan parataekvondoçusu: “Kadi Borgeslə görüşmək mənim üçün gözlənilməz oldu”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ”ın futbolçusu Kadi Borgeslə görüşmək Azərbaycan parataekvondoçusu Amin Əliyev üçün gözlənilməz olub.
Bu barədə “Report”a gənc idmançı açıqlama verib.
Paralimpiyaçı braziliyalı oyunçu ilə görüşdüyü üçün sevindiyini bildirib: “Bu, mənim üçün gözlənilməz an idi. Ən sevdiyim futbolçu ilə görüşümüzün alınacağını, onunla yaxından söhbət edəcəyimi gözləmirdim. Bunun üçün Kadi Borgesə təşəkkür edirəm. Çox həyəcanlı idim. Yaxşı görüş alındı. Ailəm və yaxınlarım da mənə görə sevindilər. Onlar bu xəbəri görəndən sonra məni təbrik etdilər”.
A.Əliyev ən böyük arzusunu da açıqlayıb: “Bu, növbəti yarışlar üçün mənə ikiqat motivasiya olacaq. Ən böyük arzum paralimpiya çempionu olmaq və bayrağımızı yüksəklərdə dağlalandırmaqdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 31 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















