“Azərbaycan parlamentinin üzvləri ilə görüşümüz mümkündür” Erməni spiker
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində İstanbuldakı tədbir çərçivəsində Azərbaycan parlamentinin sədri ilə görüşün mümkünsüz olmadığını bildirib.
Simonyan vurğulayıb ki, Ermənistan hər zaman beynəlxalq platformalardan əlaqələrin qurulması məqsədilə istifadə edir və Azərbaycan tərəfi də bu təşəbbüsləri müsbət qarşılayır: “Hələ konkret danışıq olmasa da, hesab edirəm ki, İstanbuldakı Parlamentlərarası Birliyin konfransı çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri arasında əlavə görüşlər baş tuta bilər. Eyni zamanda, gələcəkdə parlament üzvlərimizlə daha geniş formatlı görüşlər təşkil etmək imkanlarını da müzakirə edəcəyik, artıq hansısa beynəlxalq kontekstdən asılı olmayaraq, bizim qərarımızla mümkündür”.
Xatırladaq ki, Azərbaycan parlament sədri Sahibə Qafarova erməni həmkarı Alen Simonyanla sonuncu dəfə oktyabr ayında Cenevrədə keçirilən Parlamentlərarası Birliyin 151-ci iclası çərçivəsində görüşmüşdülər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Dekabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















