Azərbaycan Paşinyan barəsində axtarış elan edə bilər Alaverdiyan
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Azərbaycan məhkəməsi Ermənistan vətəndaşı Nikol Paşinyanı axtarış siyahısına sala bilər və bu istisna deyil.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan Bakıda erməni əsilli şəxslər üzərində başlanan məhkəmə prosesini şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycan məhkəməsi Arayik Arutyunyanın Nikol Paşinyana qarşı səsləndirdiyi etirafdan istifadə edə bilər. "Beynəlxalq hüququn dili ilə desək, məhkəmənin qərarı ilə Ermənistan vətəndaşı Nikol Paşinyanı axtarış siyahısına salına bilər", - o qeyd edib.
Alaverdiyan onu da əlavə edib ki, bu, baş verməyəcək, amma Paşinyanı növbəti güzəştlərə getməsi üçün istifadə edilə bilər.
O eyni əlavə edib ki, erməni xalqını aldatmaq üçün dəhşətli bir sistem hazırlanıb.
"Burada İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya düzənini məhv edib yenisini qurmağa çalışan və dünya hökmranlığından doymaq bilməyən geosiyasi susuzluqlarını yatırmaq üçün çoxəsrlik təcrübəyə malik olan dövlətlərin əlini aydın görmək olar", - o vurğulayıb.
Alaverdiyan onu da qeyd edib ki, məhkəmədən həm də Fransa, Rusiya və ABŞ-yə qarşı istifadə oluna bilər.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















