Icma.az
close
up
RU
Azərbaycan polisi AMERİPOL un platformasında müşahidəçi statusu qazandı

Azərbaycan polisi AMERİPOL un platformasında müşahidəçi statusu qazandı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

 8 sentyabr 2026-cı il tarixində Amerika Polis Qüvvələri Birliyi — AMERIPOL-un Direktorlar Şurasının 5-ci növbədənkənar Sammitində Azərbaycan polisi iştirak hüququ əldə edib. Bu, Amerika qitəsinin polis qurumlarını birləşdirən AMERİPOL platformasıdır.

Azərbaycan Respublikası DİN-nin sammitdə iştirakı və statusu ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?

İlk növbədə: Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində Azərbaycan polis orqanlarının səmərəli fəaliyyəti ilə bağlıdır.

AMERİPOL çərçivəsində əsas istiqamətlərdən biri müxtəlif ölkələrin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq diqqət çəkir. Azərbaycan üçün bu, xüsusilə Transmilli Mütəşəkkil Cinayətkarlıq, Narkotiklərin Qanunsuz Dövriyyəsi, İnsan Alveri, Kibercinayətkarlıq , Terrorçuluq və terrorçuluğu maliyyələşdirmək və Ekstremizmə qarşı mübarizədə əlaqələrin genişləndirilməsində əhəmiyyət kəsb edir.

İkincisi: Operativ məlumat mübadiləsi müasir dünyanın tələbi ilə üst-üstə düşür.

Müşahidəçi statusunun əsas üstünlüklərindən biri AMERİPOL ölkələrinin hüquq-mühafizə qurumları ilə məlumat və qabaqcıl polis təcrübələrinin qarşılıqlı mübadilə imkanlarının genişlənməsidir.

Bu, müasir dövrdə xüsusilə vacibdir. Çünki cinayətkar şəbəkələr artıq dünya ölkələri sərhədlərini də, aşmağa başlayıb.

Üçüncüsü: Azərbaycan polisinin beynəlxalq şəbəkələrə inteqrasiyası müasir reallığın tələbidir.

Bu addım, Azərbaycan Respublikası DİN-in Beynəlxalq polis əməkdaşlığı üçün çox əhəmiyyətlidir və Azərbaycan tərəfinə təşkilatın müvafiq tədbirlərində iştirak etməyə əlavə imkanlar yaradır.

Dördüncüsü: Polis idarəçiliyi və qabaqcıl təcrübənin öyrənilməsinə geniş meydan açılır.

Belə platformalar yalnız cinayətlər barədə məlumat mübadiləsi deyil, həm də, polis idarəçiliyi, kriminal analitika, kibercinayətkarlıqla mübarizə, təşkilati modellər və yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsidir.

Məncə, ən mühüm siyasi-hüquqi məqam Azərbaycan polisinin beynəlxalq hüquq-mühafizə əməkdaşlığı sistemində əlaqələrinin genişləndirilməsidir.

Azərbaycan üçün bunun praktiki əhəmiyyəti ondan ibarətdir ki, Narkotiklərin Qanunsuz Dövriyyəsi, İnsan Alveri, Kibercinayətkarlıq , Terrorçuluq və Transmilli Mütəşəkkil Cinayətkarlıq kimi problemlərlə mübarizədə yalnız ölkədaxili imkanlar kifayət etmir. AMERİPOL platforması məhz bu sərhədlərarası əməkdaşlığın xəritəsidir,-deyərdim.

AMERİPOL-un açıqlamasında Azərbaycanın müşahidəçi ölkə olaraq beynəlxalq əlaqəsinin genişləndiyi və Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı əməkdaşlıq imkanlarının artdığı vurğulanır.

Bu platformanı yalnız diplomatik protokol və ya beynəlxalq tədbirdə iştirak faktı kimi də qiymətləndirmək doğru olmazdı. Məsələnin əsl mahiyyəti Azərbaycan polisinin beynəlxalq hüquq-mühafizə əməkdaşlığı sistemində yeni əlaqələr qazanması, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, habelə müasir transmilli təhdidlərə qarşı birgə mübarizənin gücləndirilməsindən ibarətdir.

Bu baxımdan Azərbaycan üçün AMERİPOL-un əhəmiyyəti onun coğrafi adından daha genişdir. Müasir Cinayətkar şəbəkələr müxtəlif ölkələrdə fəaliyyət göstərə, maliyyə və kommunikasiya əlaqələrini bir neçə yurisdiksiyada genişləndirə,kiberməkanda isə faktiki olaraq sərhədsiz fəaliyyət göstərə bilirlər. Belə şəraitdə birgə əməkdaşlığının və mübarizənin prinsipləri də dəyişməlidir.

Məlum olduğu kimi Transmilli Mütəşəkkil Cinayətkarlıq artıq dünya üçün qlobal bir problemə çevrilib . Cinayətkar qrupların beynəlxalq əlaqələri genişləndikcə, onların fəaliyyətinə qarşı birgə mübarizənin təşkilinə ehtiyac duyur.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı marşrutlarında yaranan risklərlə üz-üzə qoyur. Buna görə də müxtəlif ölkələrin hüquq-mühafizə qurumları ilə məlumat və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.

Müasir dünyanın – XXI əsrin sürətlə dəyişən istiqamətlərindən biri də kibercinayətkarlıq və onunla mübarizənin təşkilidir. Cinayətkarın sübyekt olaraq başqa ölkədə olması, serverin üçüncü ölkədə yerləşməsi, maliyyə əməliyyatlarının isə başqa yurisdiksiyada aparılması işin istintaqını beynəlxalq əməkdaşlıqdan asılı vəziyyətə salır.

İnsan alveri cinayətləri də mahiyyət etibarilə sərhədlərarası cinayətlərin xüsusilə ağır növlərindən biridir. Ona görə,polis orqanlarının birgə beynəlxalq əlaqələri bu cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır.

Ekstremizm hallarının artması da beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə mane olan vacib istiqamətlərdən biridir.

AMERİPOL Azərbaycanın bu statusunu informasiya, bilik, təcrübə və qabaqcıl polis təcrübəsinin mübadiləsinə imkan yaradacağını qeyd edir və Azərbaycan polisinin cinayətkarlıqla mübarizə fəaliyyətini beynəlxalq polis əməkdaşlığına açılan institusional qapı kimi dəyərləndirir.

AMERİPOL-a görə müasir polis orqanları Beynəlxalq məlumat şəbəkələrində iştirak etməli; kriminal analitika imkanlarını inkişaf etdirməli; rəqəmsal cinayətlərlə mübarizə aparmalı; insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sıx beynəlxalq əməkdaşlıq qurmalı; qabaqcıl polis idarəçiliyi təcrübələrini öyrənməli və öz təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməlidir. Bu baxımdan Azərbaycan DİN-in AMERİPOL-da müşahidəçi statusu əldə etməsi həm də, öz təcrübəsini beynəlxalq polis əməkdaşlığına təqdim edən qurum kimi mövqeyinin möhkəmləndirilməsidir,-deyərdim.

Məhz buna görə də AMERİPOL çərçivəsində qabaqcıl təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın DİO-da tətbiq edildiyi elektron xidmətlər, kriminal uçot və analitika, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, insan alverinin qarşısının alınması, ictimai təhlükəsizliyin təmin olunması və digər istiqamətlər üzrə təcrübənin beynəlxalq platformalarda təqdim edilməsi ölkəmizin də beynəlxalq nüfuzuna töhfə verə bilər.

Vətəndaş cəmiyyəti üçün də burada mühüm məqam vardır.

Vətəndaş cəmiyyətinin,xüsusilə də polisə ictimai dəstək verən birliklərin əsas vəzifələrindən biri də bu prosesləri düzgün qiymətləndirmək, polisin müsbət təcrübəsinin cəmiyyətə çatdırılmasına və polis-cəmiyyət münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verməkdən ibarət olmalıdır.

XXI əsrdə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan polis orqanları da beynəlxalq səviyyədə mütəşəkkil qurum kimi əməkdaşlıq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməlidir.Azərbaycan polisinin AMERİPOL-da müşahidəçi statusu məhz bu reallığı gerçəkləşdirir.

Şəmsəddin Əliyev                                                                                                                            

“Polisə Dəstək” İctimai birliyinin sədri.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Sentyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri