Azərbaycan polisinin çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı Vitse spiker
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Dünən Xankəndinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın əvvəlcədən gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərməsi fikrimcə, bütövlükdə Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq istəyən qüvvələrin və terror təşkilatlarının fəaliyyətinin tərkib hissələrindən biridir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.
"Normallaşma prosesini "baltalamaqdan" ötrü Ermənistanda və xarici ölkələrdə onun əleyhinə olan dairələrin bundan sonra da ən radikal addımlara - müxtəlif dövlət və ictimai obyektlərə, dövlət, siyasi və ictimai xadimlərə qarşı terror, sui-qəsd və başqa qanlı əməllərə əl atacaqları şübhə doğurmur.
Azərbaycan polisinin çevik hərəkəti mümkün qanlı hadisənin qarşısını aldı. Yaralanan polisimizə şəfa deiləyirik...", - deyə vitse-spiker əlavə edib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 15 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















