“Azərbaycan Premyer Liqası kənardan asan görünsə də, elə deyil” Video
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Neftçi” və Kamerun millisinin hücumçusu Vinsent Abubakar kluba transfer qərarını necə verdiyini və bu prosesdə hansı amillərin rol oynadığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, futbolçu bu barədə türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə söyləyib.
Abubakar “Neftçi”yə gəlişi ilə bağlı danışarkən, klub rəhbərliyi ilə yanaşı, Türkiyə yığmasının müdafiəçisi Çağlar Söyüncü ilə də məsləhətləşdiyini qeyd edib:
“Neftçi”yə gəlməzdən əvvəl həm klubun icraçı direktoru Cenk Sümerlə, həm də Çağlar Söyüncü ilə danışdım. Onlar mənə komandadan çox müsbət sözlərlə bəhs etdilər, böyük bir klub olduğunu söylədilər. Onsuz da Cenk Sümeri “Beşiktaş”da çalışdığı dövrdən tanıyırdım. Bu da qərar verməyimi asanlaşdırdı”.
Ulduz hücumçu Azərbaycan Premyer Liqasının səviyyəsini də dəyərləndirib:
“Azərbaycan Premyer Liqası haqqında danışmalı olsaq, kənardan bəzən asan görünə bilər, amma, əslində, heç də elə deyil, əksinə, çətin bir liqadır. Azərbaycan çox gözəl ölkədir. Buradakı insanlar futbola qarşı çox hörmətlidirlər. Kluba gəldiyimdən bu yana müşahidə etdiyim qədərilə hər şey çox yaxşı təşkil olunub, korporativ struktur daha yaxşı formalaşıb”.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Dekabr 2025 07:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















