Azərbaycan Premyer Liqasında 12 klubdan 4 nün baş məşqçisi əcnəbidir Bəs, İliç kimdir?
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
2025/26 mövsümünə Misli Premyer Liqasının 4 əcnəbi baş məşqçi ilə başlayacaq.
QOL.az-ın xəbərinə görə, bu gün ölkə klublarından daha biri boş qalan baş məşqçi vəzifəsinə əcnəbi mütəxəssis gətirib. Bu, "Sumqayıt" klubu olub.
Ötən mövsümün sonları 37 yaşlı Vaqif Cavadovla yolları ayıran "Sumqayıt" "sükan"ı serbiyalı Saça İliçə həvalə edib.
Beləliklə, yeni mövsümdə Misli Premyer Liqasında iştirak edəcək 12 klubdan 4-nün baş məşqçisi əcnəbi olacaq. Həmin klublar "Turan Tovuz" (Kurban Berdıyev, Rusiya), "Sabah" (Valdas Dambrauskas, Litva), "İmişli" (Xorxe Kaskilya, Portuqaliya) və "Sumqayıt"dır (Saşa İliç, Serbiya).
Bəs Saşa İliç kimdir?
Futbolçu kimi "Partizan", "Qalatasatay", "Selta", "Zalsburq"da oynamış 47 yaşlı İliçin məşqçi karyerası çox da zəngin deyil. O, baş məşqçi kimi fəaliyyətə 2021-ci ilin 17 avqustunda ölkəsi Serbiyanın "Çukariçki" komandasında başlayıb və debüt mövsümündə 8 ay işləyib.
Sonrakı illərdə Bolqarıstanda SSKA (Sofiya), Yunanıstanda "Atromitos" və Rusiyada "Pari NN" komandasında fəaliyət göstərib. Hələlik onun məşqçi kimi ən yüksək nəticəsi isə Bolqarıstanda olub. 2022/23 mövsümündə ordu klubu onun rəhbərliyi altında mövsümü 2-ci yerdə başa vurub.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib. 2024-cü ilin mayında bu kluba baş məşqçi təyin edilən İliç komandanı Premyer Liqada saxlaya bilib. Amma onun Rusiya karyerası çox çəkməyib. Baş məşqçi təyin edildikdən cəmi 5 ay sonra - 2024-cü ilin oktyabrında qarşılıqlı razılaşma ilə "Pari NN"lə yolları ayırıb.
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 07 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















