Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XXXIV turunda bu gün daha iki oyun keçiriləcək. SİA xəbər verir ki, əvvəlcə “Səbail” evdə “Zirə” ilə qarşılaşacaq.
“ASCO Arena”da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. “Səbail” hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən “Zirə”nin isə 67 xalı var.
Günün son matçı Tovuzda baş tutacaq. “Turan Tovuz” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik “Neftçi” isə beşincidir.
Misli Premyer Liqası
IV dövrə, XXXIV tur
10 may
17:00. “Səbail” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"ASCO Arena”
19:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















