Azərbaycan Premyer Liqasında bütün matçların çətin olduğunu görürəm
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan"ın hücumçusu Ba-Muaka Simakala Misli Premyer Liqasının 2-ci turunun “Turan-Tovuz”la oyununu (2:1) şərh edib.
Sportal.az saytına açıqlama verən almaniyalı hücumçu Azərbaycan çempionatının zəif olmadığını bildirib:
"Turan Tovuz"a qarşı çox çətin oyun alındı. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasında bütün matçların çətin olduğunu görürəm. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq və üç xalı da götürə bildik".
Qərb təmsilçisi ilə görüşdə komandasının ikinci qolunun müəllifi olan Simakala həmin anı bu cür xatırlayıb: "Yeni mövsümdə yeni komandamın heyətində ilk qolumu vurduğum üçün şadam. Komandaya faydalı olmaq vacib idi. Qarşıda "Qəbələ" ilə daha bir çətin oyun var ki, qalib gəlməyə çalışacağıq. Bu mövsüm mənim üçün maraqlı olacaq".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















