Azərbaycan Premyer Liqasında komandaların sayı ARTIRILA BİLƏR
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Azərbaycan Premyer Liqasında komanda sayı artırıla bilər”.
Bizim.Media xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Qurumun rəhbəri bunun potensial namizədlərin hazırlıq səviyyəsindən asılı olduğunu bildirib:
"Komanda sayının artması prinsipcə müzakirə mövzusudur. Lakin burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik.
Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək. Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz həm futbolun davamlılığını, həm də infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə bir balansdır.
Məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə Komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur”.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 03 Aprel 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















