Icma.az
close
up
RU
Azərbaycan Premyer Liqasında XIV tura yekun vuruldu

Azərbaycan Premyer Liqasında XIV tura yekun vuruldu

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Turun bağlanış oyununda "Sumqayıt" doğma meydanda "Şamaxı"nı qəbul edib.

Meydan sahiblərinin 2:1 hesabı ilə qələbə qazandığı matçda hesabı qonaqlar açıb. 26-cı dəqiqədə Leroy Mikels fərqlənib. Bununla belə, fasilə ərəfəsində "gənclik şəhəri" təmsilçisi "status-kvo"nu bərpa edə bilib. Cordan Rezabala 45+1-ci dəqiqədə adını tabloya yazdırıb. Qarşılaşmada yekun nəticəni isə Rövlan Muradov müəyyənləşdirib. 78-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu komandasına 3 xal qazandırıb.

Bu nəticənin ardından Vaqif Cavadovun rəhbərlik etdiyi "Sumqayıt" 16 xalla altıncı sırada qərarlaşıb. "Şamaxı" isə 13 xalla yeddincidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. "Turan Tovuz" - "Sabah" görüşü heç-heçə başa çatıb - 1:1.

19:24

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında "Sabah"la heç-heç edib.

Tovuz şəhər stadionunda baş tutan XIV turun oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 12-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb. "Bayquşlar"a 1 xal qazandıran qolu isə 67-ci dəqiqədə Coy Lens Mikels vurub.

Bu nəticənin ardından Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" 27 xalla üçüncü sırada qərarlaşıb. "Sabah" isə 19 xalla beşincidir.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib.

10:24

Bu gün Misli Premyer Liqasında XIV tura yekun vurulacaq.

Günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Tovuz şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.

Digər qarşılaşmada isə "Sumqayıt" "Şamaxı" ilə münasibətlərinə aydınlıq gətirəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.

Misli Premyer Liqası

II dövrə, XIV tur

24 noyabr

17:00. "Turan Tovuz" -" Sabah"

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.

VAR: Cavid Cəlilov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Tovuz şəhər stadionu

19:00. "Sumqayıt"- "Şamaxı"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.

VAR: Rauf Allahverdiyev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Kəpəz"i 2:0, "Qarabağ" "Səbail"i 3:0, "Neftçi" isə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.(report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Noyabr 2024 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri