Icma.az
close
up
RU
Azərbaycan Premyer Liqasının uğursuz yay transferləri

Azərbaycan Premyer Liqasının uğursuz yay transferləri

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Son illərdə Azərbaycan Premyer Liqası həm rəqabət səviyyəsi, həm də transfer aktivliyi baxımından diqqətçəkən çempionatlardan birinə çevrilib.

Klublar daha iddialı hədəflər qoyduqca, heyəti gücləndirmək üçün həm yerli, həm də legioner futbolçu bazarına üz tutur, bəzən isə kifayət qədər böyük maliyyə vəsaiti xərcləyirlər.

Kağız üzərində bu transferlər komandalara əlavə güc qatmalı, nəticələri yaxşılaşdırmalıdır. Lakin futbolun reallığı çox vaxt gözləntilərlə üst-üstə düşmür. Böyük ümidlərlə gətirilən bəzi futbolçular ya komandanın oyun sisteminə uyğunlaşa, ya zədə səbəbindən özlərini göstərə, ya da sadəcə gözlənilən performansı sərgiləyə bilmirlər. Nəticədə hər transfer uğurlu olmur, bəziləri həm idman, həm də maliyyə baxımından klubu geri salır.

Bu yazıda cari mövsümdə Premyer Liqada gözləntiləri doğrultmayan uğursuz transferlərdən bəhs olunacaq.

Siyahının ilk sıralarına “Turan Tovuz”un futbolçularının adlarını yazmaq olar.“Qarabağ”dan ayrıldıqdan sonra ikinci dəfə Azərbaycana qayıdan İbrahima Vadci Tovuz klubuna böyük ümidlərlə gəlsə də, 20 oyunda cəmi 1 qol vurub. Böyük ehtimalla, onunla müqavilənin müddəti uzadılmayacaq. Bölgə təmsilçisinin ikinci uğursuz transferi Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareşdir. Portuqaliya nəhəngi “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi Premyer Liqada cəmi 2 matçda meydana çıxıb. Yayda 3 illik müqavilə imzalanan forvardın da Qərb təmsilçisini tərk edəcəyi gözlənilir.

“Neftçi”nin rumıniyalı müdafiəçisi Kristian Kostini də mövsümün uğursuz transferi adlandırmaq olar. O, “ağ-qaralar”ın heyətində 5 matç keçirib və həmin görüşlərin yalnız birinə start heyətində başlayıb. Yəqin ki, bu oyunçu da mövsüm başa çatdıqdan sonra sola salınacaq.

Siyahıda “Qarabağ”dan iki futbolçu var. Ağdam klubunun qışda Norveçin “Sarpsborq” klubuna satdığı Kris Kuaku və hazırda əvəzedici komanda ilə məşq edən Sami Mmae də ümidləri doğrultmayan legionerlərdəndir. Hər iki futbolçu “Qarabağ”ın heyətində meydana çıxdığı 12 görüşdə ciddi heç nə ilə yadda qalmayıb. Belçikalı müdafiəçi Sami Mmae isə həm də intizamsızlığı ilə diqqət çəkir. Onun mövsümün sonunda müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna geri dönəcəyi istisna edilmir.

“Şamaxı”nın yayda 1+1 illik müqavilə bağladığı, bu mövsüm cəmi 10 matçda meydana çıxan Antonio Lara qış fasiləsində Ayxan Abbasovun qərarı ilə yola salınıb.

Uğursuz transferlərin siyahısında “Kəpəz” və “Qəbələ”nin futbolçuları da yer alıblar. Gəncə təmsilçisinin yarımmüdafiəçiləri - Vitor Feijaon ilə Otar Aptsiauri müvafiq olaraq, 9 və 4 oyun keçirərək mövsüm bitmədən komandadan göndəriliblər.

“Qəbələ”dən Kamerun əsilli fransalı yarımmüdafiəçi Jondo Fuxs və anqolalı Paulo Kimbilanı qeyd etmək olar. Fuxs zədə səbəbindən yalnız 3 görüşdə “qırmızı qaralar”ın formasını geyinib. Kimbila isə cəmi 12 görüşdə meydana çıxıb.

Siyahıya “Zirə”dən ayrılan Yeqor Boqomolski və Vinsen Tilli, “Sabah”dan Zinedin Uld Xaledi, eləcə də “Karvan-Yevlax”dan Peter Kinqs və Mois Nqvisani kimi futbolçuları da əlavə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri