Icma.az
close
up
RU
Azərbaycan Prezidenti dövlət və millət adına daha bir qürur anına imza atdı

Azərbaycan Prezidenti dövlət və millət adına daha bir qürur anına imza atdı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan diplomatiyasının və milli maraqlarımızın beynəlxalq müstəvidə qəbul olunmasının daha bir nümunəsinin şahidi olduq. Rusiya səmasında vurulan Azərbaycan təyyarəsindən sonra gərginlik və qarşılıqlı ittihamlarla müşahidə olunan Azərbaycan-Rusiya münasibətlərində rəsmi Bakının mövqeyi qəbul olundu.  

Bir ilə yaxın bir zaman idi ki, təyyarəmizin Rusiya səmasında raketlə vurulmasına dair çoxsaylı təkzibolunmaz fakt ortaya qoyulur, ancaq bununla bağlı Rusiya tərəfinin susması, Azərbaycan tərəfinə üzrxahlıq etməməsi cəmiyyətimizdə ciddi narazılıq doğururdu. Bu gərginlik heç bir formada Bakıdan qaynaqlanmırdı. İlk gündən rəsmi Bakı bildirmişdi ki, biz bütün dünya xalqları və dövlətləri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq.

Rusiya tərəfdən qaynaqlanan və münasibətləri arzuolunmaz istiqamətdə aparan hazırkı situasiya maraqların uzlaşması və qarşılıqlı hörmət əsasında başa çatması üçün Azərbaycan tərəfi öz haqlı mövqeyindən bir addım da geri çəkilmədən qonşuluq münasibətlərini qorumaq üçün hər şey etdi. Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu, xüsusilə Azərbaycan Prezidenti böyük qətiyyət və prinsipiallıq nümayiş etdirdi. Nəhayət Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən və ölkəmizin haqlı tələblərini yerinə yetirməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə üzrxahlıq etsin, gərəkən təzminatı üzərinə götürsün. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və öz məqsədinə nail oldu.

Düşənbədə keçirilən Əliyev–Putin görüşü Azərbaycan və Rusiya arasında münasibətlərin tam normallaşması istiqamətində dönüş nöqtəsi oldu. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə bağlı bir daha üzr istədi, məsuliyyətin paylaşılmasına dair açıqlama verdi və hadisəyə görə kompensasiya ödənilməsi, günahkarların cəzalandırılması kimi Azərbaycanın haqlı tələblərini qəbul etdi. Azərbaycan məqsədinə nail oldu! Bu, diplomatik mübarizənin və milli maraqlara əsaslanan siyasi liderliyin real nümunəsidir. Azərbaycan hadisəni beynəlxalq hüququn və siyasi etikanın kontekstində idarə etməklə, həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlıq modelinin tətbiqinin mümkünlüyünü ortaya qoydu.

Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər  bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti 200 illik tariximizdə dövlət və millət adına daha bir qürur anına imza atdı. Məsələ, Rusiya ilə münasibətlərin yoluna qoyulmasında deyil. Arxada qalan aylar onu göstərdi ki, Azərbaycan istənilən dövlətə qarşı öz haqlı mövqeyindən geri çəkilməmək gücündə və qətiyyətindədir. Amma 200 illik tariximizdə Rusiyanın inadından çəkilərək Azərbaycan liderinin və onun simasında xalqımızın iradəsini qəbul etməsi gerçəkdən tariximizin qürur nöqtəsidir. 
Təbii ki, artıq münasibətlərin gərginlik mərhələsini arxada qoyduğumuzu deyə bilərik və düşünürəm ki, bundan sonrakı proseslərdə günü-gündən olan gərginlik aradan qalxacaq.

Rusiyada azərbaycanlılara qarşı təzyiq metodları dayandırılacaq, siyasi təzyiq metodlarından istifadə olunmayacaq. Bu, sevindirici haldır. Ümid edirəm ki, artıq problemlər arxada qaldı və günü-gündən münasibətlərin yaxşılaşmasının şahidi olacağıq. Amma ən önəmlisi odur ki, Azərbaycan müstəqil siyasət yeritdi, tələb qoydu, beynəlxalq hüququn həyata keçirilməsini istədi və hər şey Azərbaycanın istədiyi kimi oldu. 

Fəzail İBRAHİMLİ
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri